Jurnalist Atatürk haqqında xoşagəlməz paylaşım etdi, mafiya lideri araya girdi - İşindən oldu

Jurnalist Atatürk haqqında xoşagəlməz paylaşım etdi, mafiya lideri araya girdi - İşindən oldu

PRESS

Bugün, 16:17

Türkiyənin məşhur TV100 kanalının əməkdaşı Hacı Yakışıklı kanaldan uzaqlaşdırılıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, buna səbəb onun ölkənin qurucu lideri Atatürk haqqında xoşagəlməz paylaşımı olub.

Jurnalistin 10 noyabr Atatürkün anma günündə "Bəlli bir saatda maşından düşüb yol bağlanmaz. Heykəlin qarşısında sayğı duruşu olmaz. Bu, zülmdür, məcburiyyətdir", - sözləri ölkənin bir çox təbəqələrində narazılıq yaradıb.

Jurnalist Hacı Yakışıklının paylaşımına sərt reaksiya verənlərdən biri də hazırda BƏƏ-də yaşayan Türkiyənin nüfuzlu kriminal liderlərindən Sedat Peker olub.

Pekerin jirnalistin paylaşımı ilə bağlı aşağıda təqdim olunan açıəqlamasından sonra isə TV onunla yolları ayrımağa qərar verib.

Hüseyn Namazov

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR