Təlim və Tədris Mərkəzində korrupsiya: kimlər hakim qarşısına çıxarılıb?
CƏMİYYƏT
Bugün, 12:13
Bakı Hərbi Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində (TTM) yol verilmiş mənimsəmə cinayəti araşdırılır.
Mia.az Musavat.com-a istinadla xəbər verir ki, keçirilən ilk iclasda təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib və iş məhkəmə baxışına verilib.
Cinayət işi üzrə ümumilikdə 7 nəfər hakim qarşısına çıxarılıb.
Onların arasında TTM-in sabiq rəisi, polkovnik Sarı Xəlilov, onun köməkçisi olmuş gizir Bəxtiyar Bəhrəmzadə, mərkəzin maliyyə xidmətinin keçmiş rəisi, polkovnik-leytenant Rəşad Məlikzadə, eləcə də müxtəlif vəzifələrdə çalışmış İbadulla Əliyev, Hacıağa Həmidov, Əfqan Yunusov və Ayaz Adamov yer alır. Təqsirləndirilən şəxslərdən yalnız Rəşad Məlikzadə və İbadulla Əliyev barəsində həbs qətimkan tədbiri seçilib. İstintaqla iş üzrə dövlətə dəymiş ziyanın 207 min manat olduğu müəyyənləşdirilib. Məhkəmə prosesi ilə paralel olaraq, Sarı Xəlilovun TTM-ə rəhbərlik etdiyi dövrdə mərkəzdə baş verən digər qanunsuzluqlarla bağlı ciddi iddialar da gündəmə gəlib.
Məlumatlara görə, həmin dövrdə bir sıra şəxslərin ehtiyat zabit hazırlığı kursuna qəbul edilməsi, habelə kursu bitirdikdən sonra daha əlverişli hesab olunan hərbi hissələrə təyinat alması müqabilində müəyyən məbləğlərdə pul vəsaiti alınıb. İddialarda bu prosesin birbaşa deyil, müxtəlif vasitəçilər üzərindən və bir neçə nəfəri əhatə edəcək şəkildə təşkil olunduğu bildirilir. Məsələnin ciddiliyi ondan ibarətdir ki, Müdafiə Nazirliyinin 2022-ci ildə təsdiqlədiyi qəbul qaydalarına əsasən, namizədlər tibbi müayinə, fiziki hazırlıq və ümumi bilik səviyyəsinin yoxlanılması kimi mərhələlərdən keçərək leytenant rütbəsi alırlar.
Ordunun gələcək zabit korpusunun formalaşdırıldığı bu strateji sahədə şəffaflığın pozulması və kadr seçiminə kənar müdaxilələrin edilməsi təsdiqini taparsa, bu, adi korrupsiya faktından daha ağır - hərbi kadr siyasətinə zərbə kimi qiymətləndirilə bilər. Sarı Xəlilovun rəhbərlik fəaliyyəti təkcə maliyyə yeyintiləri ilə deyil, həm də kollektiv daxilindəki gərgin münasibətlərlə yadda qalıb. Mənbələrin bildirdiyinə görə, sabiq rəis hərbi təhsil sisteminin qurulmasında illərlə əmək sərf etmiş təcrübəli mütəxəssislərə qarşı kobud və laqeyd münasibət sərgiləyib, onların peşəkar təcrübəsini nəzərə almayıb.
Digər diqqətçəkən məqam isə Sarı Xəlilovun karyera yüksəlişi və vəzifədən uzaqlaşdırılması arxasındakı siyasi-hərbi konyunkturadır. Uzun müddət daha yüksək vəzifələrə təyinat almağa çalışan Sarı Xəlilovun planları müdafiə nazirinin sabiq müavini, general-leytenant Nizam Osmanovun vəzifədən azad edilməsindən sonra alt-üst olub. Mediada yayılan məlumatlara əsasən, Sarı Xəlilovla Nizam Osmanov uşaqlıq dostu və sinif yoldaşı olublar. Sarı Xəlilovun TTM rəisi postunda möhkəmlənməsi və karyera hədəfləri də məhz bu yaxın münasibətlərlə əlaqələndirilirdi.
Təsadüfi deyil ki, Nizam Osmanov vəzifəsindən uzaqlaşdırılan ərəfədə - 2023-cü ilin iyulunda Sarı Xəlilov da TTM rəisi postundan azad edilərək təqaüdə göndərilib. İndi Bakı Hərbi Məhkəməsində başlayan proses təkcə 207 min manatlıq mənimsəmə faktına deyil, həm də həmin dövrdə hərbi təhsil sistemindəki idarəçilik mexanizmlərinə aydınlıq gətirəcək.
Proses noyabrın 13-də davam etdiriləcək.
MİA.AZ
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
"BANDOTDEL"DƏN QİYMƏTLİ AĞACLARIN QƏNİMLƏRİNƏ QARŞI ƏMƏLİYYAT: bir qrup şəxs qandallandı
Bugün, 12:28 CƏMİYYƏT
-
Təlim və Tədris Mərkəzində korrupsiya: kimlər hakim qarşısına çıxarılıb?
Bugün, 12:13 CƏMİYYƏT
-
Sabah hava necə olacaq? - Proqnoz
Bugün, 12:08 CƏMİYYƏT
-
Hörmüz boğazında iki supertanker minaya düşərək partlayıb
Bugün, 11:55 DÜNYA
-
YƏMƏNDƏ TOQQUŞMA YENİDƏN ŞİDDƏTLƏNDİ: üsyançılar hökumət qüvvələrinin nəzarətindəki strateji bölglərə doğru irəliləyir
Bugün, 11:47 GÜNDƏM
-
Dilarə Kazımova yeni layihəsini təqdim edib - VİDEO
Bugün, 11:39 ŞOU-BİZNES
-
Mətləb Salahov: “Ermənistan konstitusiyasındakı Azərbaycan əleyhinə mövcud maddələr..."
Bugün, 11:21 SİYASƏT
-
GENERALIN QIZININ HƏBSİ BARƏDƏ ŞOK MƏLUMAT - General tutdurub, o, kimdir? + AÇIQLAMA
Bugün, 11:12 GÜNDƏM
-
Şəmkirdə qəza: sinif yoldaşları ölüb - VİDEO (YENİLƏNİB)
Bugün, 11:04 KRİMİNAL
-
Nazir bu instituta direktor təyin etdi - Əmrullayevdən yeni əmr
Bugün, 10:47 CƏMİYYƏT
-
COP31-də daha bir maraqlı an: iki ölkə prezidentləri əl-ələ gəzdi - FOTO
Bugün, 10:32 DÜNYA
-
"Azərbaycan şou biznesində, televiziyalarında gedən prosesləri bir o qədər də yaxından izləmirəm"
Bugün, 10:18 MƏDƏNİYYƏT
-
Məşhur aktyor təsərrüfatını böyüdür - Qoz bağından tonlarla məhsul satışa çıxarıldı
Bugün, 10:12 İQTİSADİYYAT
-
GENERALIN VƏZİFƏLİ QIZI SAXLANILDI - VİDEO, FOTOLAR
Bugün, 10:06 GÜNDƏM
-
RƏSMİ QARŞILANMA MƏRASİMİNDƏ GÖZLƏNİLMƏZ HADİSƏ - İki əsgər prezidentlərin gözü önündə qəfildən yerə sərildi - FOTO
Bugün, 09:58 GÜNDƏM
-
Türkiyədə daha bir şok: "Təşkilat" serialının çəkiliş meydançasına basqın və... - Ölüm təhdidləri ilə fidyə tələb olunub
Bugün, 09:45 MƏDƏNİYYƏT
-
ABŞ-ın İran qorxusu... - Yığma komanda Qətərdə keçiriləcək Dünya Çempionatından geri çəkildi
Bugün, 09:35 İDMAN
-
COP31 Antalyada: Türkiyənin diplomatik mesajları və regional münasibətlərin yeni konfiqurasiyası... - TƏHLİL
Bugün, 09:33 SİYASƏT
-
Azərbaycan neftinin qiyməti 100 dollara qalxdı
Bugün, 09:33 İQTİSADİYYAT
-
Ərdoğanın partiya aparatının işçilərinin maaşı verilmir? - AK Partiya iddiaları rədd etdi
Bugün, 09:09 SİYASƏT
-
Türkiyədə nəhəng qızıl yatağı aşkarlandı
Bugün, 09:02 İQTİSADİYYAT
-
Türkiyə yığmasının və "Beşiktaş"ın sabiq futbolçusu ağır vəziyyətdə: medallarını satışa çıxardı - FOTO
Bugün, 00:41 İDMAN
-
80 yaşlı Ajda Pekkandan illər sonra etiraf: "Özümü öldürmək istəyirdim...."
Bugün, 00:36 ŞOU-BİZNES
-
34 milyon il əvvəl yaşamış nəhəng gəmirici... - Yeni növü aşkarlandı
Bugün, 00:20 DÜNYA
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bugün, 00:08 CƏMİYYƏT
-
Amerikalı senator: "İranla müharibə yalanlar üzərində qurulub"
Bugün, 00:07 DÜNYA
-
Rəsmi Tehran ABŞ-a konkret ünvan göstərdi: "Bu hərbi bazaları vuracağıq"
Bugün, 00:03 GÜNDƏM
-
Azərbaycanda Konstitusiya Günüdür
Bugün, 00:01 GÜNDƏM
-
Gəncədə evdən iki nəfərin meyiti tapılıb
11.11.2026, 23:30 CƏMİYYƏT
-
İranlı spiker: "ABŞ hələ İranın mesajına cavab verməyib"
11.11.2026, 23:19 DÜNYA
-
Ermənistan Prezidenti TRIPP ilə bağlı qanunu imzaladı
11.11.2026, 22:31 GÜNDƏM
-
Yağışdan sonra “İnşaatçılar” metrosunun qarşısı belə günə düşdü - VİDEO
11.11.2026, 22:00 CƏMİYYƏT
-
Türkiyə yığmasının baş məşqçisi: "Bəzi şeyləri dəyişdirmək asan deyil"
11.11.2026, 21:27 İDMAN
-
Şöbə rəisi departament müdiri oldu - "Azəriqaz"da dəyişiklik
11.11.2026, 21:11 CƏMİYYƏT