Lənkəranda bir ailənin 9 üzvü qidadan zəhərlənib

Lənkəranda bir ailənin 9 üzvü qidadan zəhərlənib

GÜNDƏM

Bugün, 16:37

Lənkəran rayonunda bir ailənin 9 üzvü qidadan zəhərlənib.

Məlumatına görə, rayonun Osaküçə kənd sakinləri olan bir ailə səhər saatlarında Lənkəran Rayon Mərkəzi Xəstəxanasının İnfeksion Xəstəliklər Şöbəsinə müraciət ediblər.

Göstərilən tibbi yardımlardan sonra 9 nəfərlik ailənin bütün üzvləri günorta saatlarında öz istəkləri ilə xəstəxanadan evə buraxılıblar.

Qeyd edək ki, 3-ü uşaq olmaqla xəstəxanaya müraciət edən ailə üzvləri pomidor turşusu yedikdən sonra səhhətlərində problem hiss ediblər/Report

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR