Biz ilanmələyən çölləri cənnətə çevirən adamlarıq… - Seymur Verdizadə yazır
YAZARLAR
Bugün, 13:30
Əslində, belə olmalıydı: Kəndimiz yenidən inşa edildiyi üçün bizi təbrik etməli, xeyir-dua verməliydilər. Deməliydilər ki, yeni evləriniz xeyirli olsun. Cansağlığı ilə yaşayın. Qapılarınıza xeyir işlərə gələk.
Biz də xoş niyyətimizi ortaya qoymalıydıq: “Gözümüz üstdə yeriniz var. Qapılarımız üzünüzə açıqdır”.
Bəs nə baş verdi?
33 ildir yataqxanalarda, tikintisi yarımçıq qalmış binalarda, darısqal, rütubətli evlərdə çürüyən adamlar evlərinin qapısını açmağa, çırağını yandırmağa macal tapmamış “tənqidçilərin” mülahizələrini dinləməli oldular. Hətta mənim doğma Soltanlımı konslagerə bənzədənlər də tapıldı.
Soltanlı kəndi “ağıllı kənd” konsepsiyası əsasında tikilib. Mən layihənin yüz faiz qüsursuz yerinə yetirildiyini iddia etmirəm. Çünki mühəndis deyiləm, heç vaxt ev tikib hasar hörməmişəm. Amma bilirəm ki, “ağıllı kənd”in əsas məqsədi insanın öz doğma torpağında rahat yaşamasını təmin etməkdir. “Ağıllı kənd”in sakini şəhərin xiffətini çəkməməlidir.
Gəlin, “ağıllı kənd”ə keçmişlə gələcək arasında qurulan körpü kimi baxaq. Biz ata-babalarımızdan miras qalan torpağı, yovşanlı çölləri, uzun dərələri, boz təpələri çox sevirik. Amma həm də övladlarımızın müasir standartlara cavab verən bir kənddə yaşamasını istəyirik.
Bu barədə əvvəllər də yazmışam. 1993-cü ildə Cəbrayıl işğal olunanda, biz Bakıya pənah gətirsək də, qohumlarımızdan biri Saatlı rayonunun Axundov kəndində məskunlaşdı. Qıtlıq, bahalıq olduğu üçün biz bir müddət görüşə bilmədik. İki il sonra Saatlıya gedəndə gördüm ki, həmin qohumumuz çətinlikləri arxada qoyaraq özünün şəxsi təsərrüfatını yaradıb. Biz ilk dəfə görüşəndə onun 130 qoyunu, 10 inəyi vardı. Qohumumun mal-qarasının sayı ilbəil artırdı. Mən çox sonralar bildim ki, qohumum mal-qarasını qurd-quşa yem etməmək üçün gecələr də fermada yatırmış...
Təxminən 25 il əvvəl Biləsuvar rayonunda Cəbrayıldan olan məcburi köçkünlər üçün qəsəbələr inşa olundu. İndi həmin ərazidə 11 qəsəbə var. Bu qəsəbələrdə bizim Soltanlı kəndindən də bir neçə ailə yaşayır. İldə ən azı iki-üç dəfə həmin qəsəbələrə yolum düşür. Vaxtilə ilan mələyən bu çöllər indi yaşıllığa bürünüb. Yağışlı-çiskinli payız da, soyuq qış da həyətlərdəki gül-çiçəyi, yaşıllığı soldura bilmir.
Biz bu gözəlliyi doğma Soltanlı kəndində də yaradacağıq. Əmin olun ki, cəmi bir neçə ildən sonra Arazın həzin nəğməsi quzu mələşməsinə qarışacaq, ağacların budaqlarında bülbüllər ötəcək, güllərimiz yenə çiçək açacaq.
Biz ilanmələyən çölləri cənnətə çevirən adamlarıq…
metbuat.az
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Biz ilanmələyən çölləri cənnətə çevirən adamlarıq… - Seymur Verdizadə yazır
Bugün, 13:30 YAZARLAR
-
"Qoşadaş" perspektiv strukturunda seysmik kəşfiyyat işlərinə başlanılıb
Bugün, 13:19 İQTİSADİYYAT
-
Mikayıl Cabbarov milli komandaların üzvləri ilə görüşüb
Bugün, 13:12 İDMAN
-
Milli Məclisdəki çıxışın görünməyən tərəfi: "Görünür, ya Gəncənin icra başçısı artıq yol üstədir, ya da deputatı..." -VİDEO
Bugün, 13:00 SİYASƏT
-
"Onlar arxada özlərini şamaxlı, üzdə isə SOCAR-ın prezidentinə görə salyanlı sayırlar..."
Bugün, 12:53 CƏMİYYƏT
-
Alman ordusunda zorlama halları artıb - Hər 5 qadın əsgərdən 2-si qurbandır
Bugün, 12:37 DÜNYA
-
"BANDOTDEL"DƏN QİYMƏTLİ AĞACLARIN QƏNİMLƏRİNƏ QARŞI ƏMƏLİYYAT: bir qrup şəxs qandallandı
Bugün, 12:28 CƏMİYYƏT
-
Təlim və Tədris Mərkəzində korrupsiya: kimlər hakim qarşısına çıxarılıb?
Bugün, 12:13 CƏMİYYƏT
-
Sabah hava necə olacaq? - Proqnoz
Bugün, 12:08 CƏMİYYƏT
-
Hörmüz boğazında iki supertanker minaya düşərək partlayıb
Bugün, 11:55 DÜNYA
-
YƏMƏNDƏ TOQQUŞMA YENİDƏN ŞİDDƏTLƏNDİ: üsyançılar hökumət qüvvələrinin nəzarətindəki strateji bölglərə doğru irəliləyir
Bugün, 11:47 GÜNDƏM
-
Dilarə Kazımova yeni layihəsini təqdim edib - VİDEO
Bugün, 11:39 ŞOU-BİZNES
-
Mətləb Salahov: “Ermənistan konstitusiyasındakı Azərbaycan əleyhinə mövcud maddələr..."
Bugün, 11:21 SİYASƏT
-
GENERALIN QIZININ HƏBSİ BARƏDƏ ŞOK MƏLUMAT - General tutdurub, o, kimdir? + AÇIQLAMA
Bugün, 11:12 GÜNDƏM
-
Şəmkirdə qəza: sinif yoldaşları ölüb - VİDEO (YENİLƏNİB)
Bugün, 11:04 KRİMİNAL
-
Nazir bu instituta direktor təyin etdi - Əmrullayevdən yeni əmr
Bugün, 10:47 CƏMİYYƏT
-
COP31-də daha bir maraqlı an: iki ölkə prezidentləri əl-ələ gəzdi - FOTO
Bugün, 10:32 DÜNYA
-
"Azərbaycan şou biznesində, televiziyalarında gedən prosesləri bir o qədər də yaxından izləmirəm"
Bugün, 10:18 MƏDƏNİYYƏT
-
Məşhur aktyor təsərrüfatını böyüdür - Qoz bağından tonlarla məhsul satışa çıxarıldı
Bugün, 10:12 İQTİSADİYYAT
-
GENERALIN VƏZİFƏLİ QIZI SAXLANILDI - VİDEO, FOTOLAR
Bugün, 10:06 GÜNDƏM
-
RƏSMİ QARŞILANMA MƏRASİMİNDƏ GÖZLƏNİLMƏZ HADİSƏ - İki əsgər prezidentlərin gözü önündə qəfildən yerə sərildi - FOTO
Bugün, 09:58 GÜNDƏM
-
Türkiyədə daha bir şok: "Təşkilat" serialının çəkiliş meydançasına basqın və... - Ölüm təhdidləri ilə fidyə tələb olunub
Bugün, 09:45 MƏDƏNİYYƏT
-
ABŞ-ın İran qorxusu... - Yığma komanda Qətərdə keçiriləcək Dünya Çempionatından geri çəkildi
Bugün, 09:35 İDMAN
-
COP31 Antalyada: Türkiyənin diplomatik mesajları və regional münasibətlərin yeni konfiqurasiyası... - TƏHLİL
Bugün, 09:33 SİYASƏT
-
Azərbaycan neftinin qiyməti 100 dollara qalxdı
Bugün, 09:33 İQTİSADİYYAT
-
Ərdoğanın partiya aparatının işçilərinin maaşı verilmir? - AK Partiya iddiaları rədd etdi
Bugün, 09:09 SİYASƏT
-
Türkiyədə nəhəng qızıl yatağı aşkarlandı
Bugün, 09:02 İQTİSADİYYAT
-
Türkiyə yığmasının və "Beşiktaş"ın sabiq futbolçusu ağır vəziyyətdə: medallarını satışa çıxardı - FOTO
Bugün, 00:41 İDMAN
-
80 yaşlı Ajda Pekkandan illər sonra etiraf: "Özümü öldürmək istəyirdim...."
Bugün, 00:36 ŞOU-BİZNES
-
34 milyon il əvvəl yaşamış nəhəng gəmirici... - Yeni növü aşkarlandı
Bugün, 00:20 DÜNYA
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bugün, 00:08 CƏMİYYƏT
-
Amerikalı senator: "İranla müharibə yalanlar üzərində qurulub"
Bugün, 00:07 DÜNYA
-
Rəsmi Tehran ABŞ-a konkret ünvan göstərdi: "Bu hərbi bazaları vuracağıq"
Bugün, 00:03 GÜNDƏM
-
Azərbaycanda Konstitusiya Günüdür
Bugün, 00:01 GÜNDƏM