AFFA-nın yeni sözçüsü bəlli olub

AFFA-nın yeni sözçüsü bəlli olub

PRESS

Bugün, 11:48

AFFA-nın yeni sözçüsü bəlli olub.

Mia.az xəbər verir ki,  Əli Verdiyev AFFA-nın Kommunikasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin direktoru vəzifəsinə təyinat alıb.

Qeyd edək ki, Əli Verdiyev "Philip Morris International", "NEQSOL Holding" və "Japan Tobacco International" kimi şirkətlərdə reputasiyanın qorunması və böhran kommunikasiyasının idarə olunması daxildir. O, həmçinin "Uber Azerbaijan"da dövlət əlaqələri direktoru olub.

Əli Verdiyev Dünya Bankının Məşğulluğa Dəstək Layihəsində sosial mütəxəssis, Hesablama Palatasının Beynəlxalq Əlaqələr Departamentində direktor müavini kimi çalışıb. UNICEF strukturlarında isə tənzimləyici siyasət və beynəlxalq münasibətlər sahəsində fəaliyyət göstərib.

O, 2000-ci ildə Azərbaycan Dillər Universitetində ingilis dili və tərcüməşünaslıq üzrə bakalavr təhsilini başa vurub. 2012-ci ildə Xəzər Universitetində beynəlxalq biznes ixtisası üzrə magistr dərəcəsi alıb.

Xatırladaq ki, AFFA-nın mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışmış Murad Axundov oktyabrın 1-də qurumdan ayrılıb.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR