Yağış duası - LEYLA SƏMƏDOVA YAZIR
PRESS
Bugün, 18:57
“Allah yoxdur” deyənlərə onu göstərin!
Mən elə edirəm! Çünki bu qədər gözəl olunmaz,
bu qədər gözəl yaradılır!
EMEL SAYIN...
***
1987-ci il, 31 dekabr. TRT-də Yeni İl Gecəsi konsert proqramı. Oxuyur Emel Sayın! Mahnının adı “Yağdır, Mövlam, su”! Və sizcə, tək bir şərqi bütöv bir dövrün ağrısını, insanların ümidsizliyini, qorxularını və dualarını özündə birləşdirə bilərmi?!
Həmin illərdə Türkiyə ciddi quraqlıqla üz-üzə idi. Xüsusilə İstanbul və Ankara kimi böyük şəhərlərdə su qıtlığı gündəlik həyatı çətinləşdirirdi. Anbarlarda suyun səviyyəsi kəskin azalmış, bəzi məhəllələrdə günlərlə su gəlmirdi. XX əsrin sonuna yaxın su artıq adi bir məişət ehtiyacı deyil, insanların hər gün arzuladığı nemətə çevrilmişdi.
Elə həmin dövrdə Türkiyə başqa bir qorxunun da təsiri altında idi. 1986-cı ilin aprelində baş verən Çernobıl faciəsi ölkədə böyük narahatlıq yaratmışdı. Xüsusilə Qara dəniz bölgəsində radioaktiv çirklənmə ilə bağlı xəbərlər insanları təşvişə salırdı. Çayın, kənd təsərrüfatı məhsullarının təhlükəsizliyi müzakirə olunur, gələcəklə bağlı suallar artırdı. Beləcə, cəmiyyət qəribə bir ziddiyyətin içində qalmışdı: insanlar yağış gözləyirdilər, amma yağışın özü də qorxu mənbəyinə çevrilmişdi.
Bütün bunların fonunda Emel Sayın “Yağdır, Mevlam, su” mahnısını ifa etdi. Ancaq bu ifanı yaddaşlara həkk edən təkcə mahnının sözləri və melodiyası olmadı. Emel Sayının ifa zamanı göz yaşlarını saxlaya bilməməsi Türkiyədə böyük təəccüb doğurdu.
Çünki tamaşaçılar onu illərdir səhnədə zərifliyi, təmkinli davranışı və özünə nəzarəti ilə tanıyırdılar. Onun bir mahnı zamanı kövrəlməsi, göz yaşlarına hakim ola bilməməsi gözlənilməz hadisə idi. (bu yerdə müəllif youtube-dan həmin mahnını tapıb, dinləməyinizi, daha doğrusu izləməyinizi xahiş edir) Bu səbəbdən məsələ uzun müddət ölkənin gündəmindən düşmədi. Yerli mətbuat Emel Sayının niyə ağladığını, həmin an hansı hissləri yaşadığını, göz yaşlarının mahnının sözlərindənmi, yoxsa ölkənin içində olduğu vəziyyətdənmi qaynaqlandığını geniş müzakirə edirdi.
Bəlkə də insanlar bu göz yaşlarında öz duyğularını görürdülər. Çünki o günlərdə hər kəsin ürəyində bir narahatlıq, dilində bir dua vardı. Emel Sayının kövrəlməsi milyonlarla insanın ifadə edə bilmədiyi hisslərə səs vermişdi.
Bəzən bir mahnı yaşadığı dövrün tarix kitablarından daha çox şey danışır. O, insanların nədən qorxduğunu, nəyə ümid etdiyini, hansı ağrını bölüşdüyünü yaddaşlarda saxlayır.
“Yağdır, Mevlam, Su” da belə mahnılardan biri oldu. O illərdə insanlar göyə baxıb yağış gözləyirdilər. Bəlkə də Emel Sayının göz yaşları da həmin gözləntinin, ümidsizliyin və insanın təbiət qarşısındakı acizliyinin bir ifadəsi idi. YA DA SADƏCƏ, YAĞIŞ DUASI İDİ…
Leyla Səmədova
MİA.AZ
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Yağış duası - LEYLA SƏMƏDOVA YAZIR
Bugün, 18:57 PRESS
-
Şagirdlərin “mygov”da fərdi hesablarının yaradılması: səbəb nədir? - AÇIQLAMA
Bugün, 18:25 CƏMİYYƏT
-
Xarici İşlər Nazirliyində birinci katib vəzifəsinə təyinat olub
Bugün, 18:03 SİYASƏT
-
Azercell “30 il səninlə” lotereyası çərçivəsində ilk qaliblərinə 2 Toyota Corolla Cross və 14 iPhone 17 Pro smartfonu hədiyyə etdi!
Bugün, 18:00 İQTİSADİYYAT
-
ABŞ-da 2026-cı il aralıq seçkiləri: siyasi nəticələr, geosiyasi perspektivlər və Cənubi Qafqaza təsiri... - TƏHLİL
Bugün, 17:47 SİYASƏT
-
"Gəlin, ümid edək ki, bu, Trampın..." - RƏSMİ MOSKVA ABŞ-dakı SEÇKİDƏN NARAHATDIR
Bugün, 17:32 GÜNDƏM
-
Kollecdə dava: tələbəyə 6 bıçaq zərbəsi endirildi
Bugün, 17:20 KRİMİNAL
-
Sabah Azərbaycanda güclü külək əsəcək - Xəbərdarlıq
Bugün, 17:08 CƏMİYYƏT
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bugün, 17:00 İQTİSADİYYAT
-
"Fənərbaxça"nın keçmiş prezidenti ilə aparıcı bəraət aldı
Bugün, 16:47 İDMAN
-
“Salyanski kazarma”da mənimsəmə: kimlər istintaqa çəkilib? - Məhkəmə başlayıb
Bugün, 16:47 KRİMİNAL
-
Baş nazirdən "Hizbullah"a xəbərdarlıq: "Ölkəni yenidən müharibəyə çəkməyin"
Bugün, 16:26 DÜNYA
-
ƏƏSMN: "Sayca 6-cı sosial islahat paketinin icrası planlaşdırılır"
Bugün, 16:05 İQTİSADİYYAT
-
Prezident daha bir qanunu təsdiqlədi - Dəyişiklik
Bugün, 16:02 GÜNDƏM
-
İlham Əliyev və Mehriban Əliyeva "AIREX 2026" sərgisində! - FOTOLAR (YENİLƏNİB)
Bugün, 16:00 GÜNDƏM
-
Prezident İlham Əliyev Kamran İmanovu "Şərəf" ordeni ilə təltif etdi - Sərəncam
Bugün, 15:50 GÜNDƏM
-
DÖVLƏT AGENTLİYİNDƏ İKİ SƏDR MÜAVİNİ TƏYİNATI OLDU - Biri sabiq nazirin oğludur
Bugün, 15:29 GÜNDƏM
-
Aktrisa ilə futbolçunun "romantik sevgisi" medianı "bəzəyib" - FOTO
Bugün, 15:29 ŞOU-BİZNES
-
Baş nazir ABŞ-dakı seçkidən cəsarətləndi: "Sırada İspaniya var"
Bugün, 15:15 DÜNYA
-
Qulu Ağsəs: “Yazdığın şeirləri bir müddət qaranlıqda saxlamalısan, hansının qanadı çıxsa, yalnız onları çapa vermək olar...” (MÜSAHİBƏ)
Bugün, 15:04 MƏDƏNİYYƏT
-
Bu ərazidə qaz xətti üzərində tikili olacaq? - VİDEO
Bugün, 14:52 CƏMİYYƏT
-
Maliyyə naziri MM-də: "Dövlət büdcəsinin 11-13 %-i Qarabağın bərpasına xərclənir"
Bugün, 14:34 GÜNDƏM
-
Leyla Əliyeva “Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerasında - FOTOLAR
Bugün, 14:20 MƏDƏNİYYƏT
-
Sahil Babayevdən qızılla bağlı - AÇIQLAMA
Bugün, 14:17 İQTİSADİYYAT
-
Türkiyəyə qarşı çıxışları ilə tanınan siyasətçi də Konqresə seçildi
Bugün, 13:57 DÜNYA
-
Sosial müavinətlər artırılır
Bugün, 13:14 İQTİSADİYYAT
-
TÜRKİYƏDƏ ƏHALİNİN SİYASİ QÜVVƏLƏRƏ ETİMADSIZLIĞI FANTASTİK SƏVİYYƏYƏ YETİŞDİ - Yeni sorğu + SİYAHI
Bugün, 13:00 SİYASƏT
-
Sabah temperatur 5-10 dərəcə enəcək, bəzi çaylardan sel keçəcək - Xəbərdarlıq
Bugün, 12:58 CƏMİYYƏT
-
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq - Sabahın hava proqnozu
Bugün, 12:46 CƏMİYYƏT
-
MÖVQELƏRİNİ ARD-ARDA İTİRƏN TRAMP... - ABŞ-dakı seçki ilə bağlı TƏHLİL
Bugün, 12:38 SİYASƏT
-
Yeni nazirdən yeni əmr - Baş direktor vəzifədən çıxarıldı
Bugün, 12:36 GÜNDƏM
-
"Azərbaycanda vergi güzəştlərinin əhatə dairəsi genişləndiriləcək"
Bugün, 12:19 İQTİSADİYYAT
-
ABŞ-da ara seçkilərdə tarixi bir ilk yaşandı
Bugün, 12:10 GÜNDƏM
-
ABŞ tarixinin ilk müsəlman senatoru xanımına sarıldı, seçicilərdən xahiş etdi: "Uşaqlarınıza pis adamların uduzduğunu deyin!"
Bugün, 11:58 DÜNYA