“Azəriqaz”da növbəti təyinatlar - Azər Məmmədov kimlərə vəzifə verdi?

 “Azəriqaz”da növbəti təyinatlar - Azər Məmmədov kimlərə vəzifə verdi?

CƏMİYYƏT

Bugün, 13:40

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyində yeni kadr təyinatları həyata keçirilib.

Mia.az Valyuta.az-a istinadla  xəbər verir ki, təyinatlar Birliyin İstedadların İdarə Edilməsi və Biznes Tərəfdaşlığı Departamenti də daxil olmaqla, müxtəlif struktur bölmələrini əhatə edib.

Ümumilikdə 6 nəfər müxtəlif vəzifələrə təyin olunub.

Məlumata əsasən, Elçin Qocayev İdarəetmə aparatının Tənzimləyici münasibətlər və normativ idarəetmə departamentinin rəisi vəzifəsinə təyin olunub. Elçin Qocayev əvvəllər Enerji Tənzimləmələri Agentliyində sektor müdiri, SOCAR-ın müxtəlif idarələrində, eləcə də “Azəriqaz”da şöbə rəisinin müavini və şöbə rəisi vəzifələrində çalışıb.

Validə Orucova Gəncə Regional Qaz İstismarı İdarəsinin baş mühasib-şöbə rəisi vəzifəsinə təyin edilib.

Xəyyam İsmayılov Qarabağ Regional Qaz İstismarı İdarəsinin baş mühasib-şöbə rəisi vəzifəsinə təyin olunub.

Rəvan Əliyev isə Şəmkir Regional Qaz İstismarı İdarəsinin idarə rəisinin müavini vəzifəsinə təyin olunub.

Mirdavud Məmmədov Sumqayıt Regional Qaz İstismarı İdarəsinin baş mühasib-şöbə rəisi vəzifəsinə təyin olunub.

Bundan əlavə, Elçin İbrahimov İdarəetmə aparatının Tənzimləyici münasibətlər və normativ idarəetmə departamentində böyük mühəndis vəzifəsinə təyin edilib.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR