Dövlət Yol Polisinin adından fişinq hücumları var - Xəbərdarlıq
PRESS
Bugün, 15:33
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) son günlərdə Dövlət Yol Polisinin adından vətəndaşlara qarşı həyata keçirilən fişinq hücumlarının artdığını müşahidə edir.
Mia.az xəbər verir ki, kiberdələduzlar xarici nömrələr vasitəsilə vətəndaşlara sürət həddinin aşılması ilə bağlı saxta SMS mesajları göndərirlər. Mesajlarda yerləşdirilən keçidlər istifadəçiləri "ASAN Pay" elektron ödəniş portalının vizual olaraq eynilə təqlid edilmiş saxta veb-səhifələrinə yönləndirir.
Saxta səhifədə ilkin olaraq nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının daxil edilməsi tələb olunur. Daha sonra guya törədilmiş yol hərəkəti qayda pozuntusu ilə bağlı həqiqi olmayan məlumatlar təqdim edilir. Cərimə ödənilməsi adı altında isə bank kartının nömrəsi, bitmə tarixi və CVV/CVC kodu tələb olunur. Bu məlumatların təqdim edilməsi nəticəsində vətəndaşların bank hesablarındakı vəsaitlər mənimsənilə bilər.
Agentlik vətəndaşları bu cür fişinq cəhdlərinə qarşı diqqətli olmağa və aşağıdakı təhlükəsizlik qaydalarına əməl etməyə çağırıb:
Dövlət qurumları və rəsmi xidmətlər ödəniş və ya cərimə bildirişlərini xarici nömrələrdən (məsələn, müxtəlif ölkə kodları olan beynəlxalq nömrələrdən) göndərmir.
SMS və messencerlər vasitəsilə göndərilən naməlum keçidlərə daxil olmayın.
Məlumat daxil etməzdən əvvəl veb-səhifənin domen adının rəsmi mənbəyə aid olduğunu yoxlayın.
Şübhəli səhifələrdə bank kartı məlumatlarını və birdəfəlik təsdiqləmə kodlarını daxil etməyin.
Cərimə və yol hərəkəti qayda pozuntuları barədə məlumatları yalnız rəsmi dövlət resursları və "ASAN Pay" xidmətinin rəsmi kanalları (asanpay.az) vasitəsilə yoxlayın.
Bank kartı məlumatlarınızı saxta səhifədə daxil etdiyiniz halda dərhal bankınızla əlaqə saxlayaraq kartı bloklayın və hüquq-mühafizə orqanlarına məlumat verin.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Avropa çempionatı: millimiz uduzdu
Bugün, 15:56 İDMAN
-
Dövlət Yol Polisinin adından fişinq hücumları var - Xəbərdarlıq
Bugün, 15:33 PRESS
-
Azərbaycanın təşəbbüsü ilə irəli sürülmüş qətnamə BMT Komitəsində qəbul edilib - XİN məlumat yaydı
Bugün, 15:04 SİYASƏT
-
El Salvador ordusu qonşu ölkədə kriminal dəstələrın evlərini bombaladı - 20 nəfər öldürüldü
Bugün, 14:41 KRİMİNAL
-
Xocavənddə Bərdə sakini miaya düşüb
Bugün, 14:32 GÜNDƏM
-
Bakıda gecə klubları işlədən Harun Reşit Can necə “hicab cəfakeşi” oldu? - FOTOLAR
Bugün, 14:15 CƏMİYYƏT
-
İpoteka kreditləşməsi: yeni limitlər ayrılıb
Bugün, 14:14 İQTİSADİYYAT
-
Deputat Milli Məclisdə gözlənilməz çıxış etdi, vitse-spiker izahat istədi - "Hansı media o məlumatı işıqlandırırsa, həmin jurnalist ya işdən çıxarılır və yaxud..."
Bugün, 13:50 PRESS
-
Antalyada COP31 Liderlər Zirvəsi - Prezident İlham Əliyev tədbirdə + VİDEO, FOTOLAR (YENİLƏNİB)
Bugün, 13:20 GÜNDƏM
-
"Rejimin mövcudluğunu təhdid edən istənilən nöqtə birbaşa hədəfimız olacaq" - İran yenə təhdid yağdırır
Bugün, 13:12 DÜNYA
-
"Qalatasaray"da futbolçunun arvadı ərinin komanda yoldaşına gizli sevgi mesajı yazıb: "Adını açıqlasam..." - FOTO
Bugün, 13:03 İDMAN
-
Gədəbəy, Daşkəsən, Lerik, Qusar, Şahbuz... - Bu rayonlarda qaz və işıqpulu aşağı salınacaq? - DEPUTAT MİLLİ MƏCLİSDƏ MƏSƏLƏ QALDIRDI
Bugün, 12:59 CƏMİYYƏT
-
İraq Kürdüstanında siyasi vəziyyət gərginləşib - Bölgə yenidən qan çanağına dönür (TƏHLİL)
Bugün, 12:59 DÜNYA
-
Ərdoğan Ursula fon der Leyeni belə qarşıladı, bu sözlərlə salamladı: "Good morning, maşallah, how are you?" - FOTO
Bugün, 12:43 SİYASƏT
-
İsrail Knessetində andiçmə: Netanyahunun rəqİbi yeni vəd verdi
Bugün, 12:36 GÜNDƏM
-
"New York Times"dan iddia: "ABŞ Maliyyə naziri hərbi bazaya sığınıb"
Bugün, 12:35 DÜNYA
-
Sabah hava necə olacaq? - Proqnoz
Bugün, 12:17 CƏMİYYƏT
-
İrandan Azərbaycana 34 kq narkotik keçirmək istəyiblər
Bugün, 12:06 KRİMİNAL
-
Əməkhaqqının gecikdirilməsi, azaldılması və ya müəyyən hissəsinin gizlədilməsi... - Xəbərdarlıq
Bugün, 11:57 İQTİSADİYYAT
-
Rəqsanənin qızı: "İnsan həyatda ailəsindən əvvəl özünü düşünməlidir"
Bugün, 11:41 ŞOU-BİZNES
-
Küçələr meyvə ağacları ilə doludur, amma yemək qadağandır
Bugün, 11:39 DÜNYA
-
Nazir müavini: "Azərbaycanda saatlıq əməkhaqqı sistemi mərhələli şəkildə genişləndiriləcək"
Bugün, 11:36 İQTİSADİYYAT
-
"Qalatasaray"ın hücumçu ilə sevgili olduğu təsdiqləndi: "Təşəkkürlər, Star" - FOTO
Bugün, 11:31 İDMAN
-
Telefonunun ekranında milçək qonduğunu zənn etdi, ancaq... - Hərbi bazanın üstündə 3 dəqiqə sonra qəfil yoxa çıxan nə olub? (FOTO)
Bugün, 11:18 DÜNYA
-
İlham Əliyev Bolqarıstan prezidentinə başsağlığı verdi: "Xəbər bizi dərindən kədərləndirdi"
Bugün, 11:08 GÜNDƏM
-
Türkiyə ilə oyun öncəsi Fransa millisində ciddi itki...
Bugün, 11:06 İDMAN
-
Bakıda maşın körpüdən yola aşıb
Bugün, 11:00 KRİMİNAL
-
Holdinq rəhbərinin qızı oteldə elə şeylər etdi ki... - FOTO
Bugün, 10:47 SİYASƏT
-
Lökbatanda 30 yaşlı kişi dəm qazından boğulub
Bugün, 10:42 CƏMİYYƏT
-
Bayden bu ölkdə xanımıyla gözlənilməz hadisə ilə qarşılaşdı - Üzərinə süd budulkası atlıldı
Bugün, 10:02 GÜNDƏM
-
10 milyonluq qızılla tutulan polkovnik: cəzası azaldıldı
Bugün, 09:35 KRİMİNAL
-
Paşinyan Antaliyaya gedib
Bugün, 09:25 GÜNDƏM
-
Kifayət Mustafayeva UEFA-dan təyinat alıb
Bugün, 09:14 İDMAN
-
Azərbaycan nefti 99 dollara düşdü
Bugün, 09:03 İQTİSADİYYAT