"Yazıçılar Birliyinə məni kişilər seçmişdi" - "Əsl kişilik bığ-saqqal saxlamaqla ölçülmür"

\"Yazıçılar Birliyinə məni kişilər seçmişdi\" - \"Əsl kişilik bığ-saqqal saxlamaqla ölçülmür\"

MƏDƏNİYYƏT

Bugün, 16:57

Elza Seyidcahan "əsl kişilik" anlayışı ilə bağlı fikirlərini bölüşüb.

Mia.az xəbər verir ki, Əməkdar artist “Sevilən səhər” proqramında bəzi kişilərin uğurlarını həzm edə bilmədiyini və ona qısqanclıq göstərdiyini bildirib:

“Mən analığı, nənəliyi, bəstəkarlığı – hər şeyi dadmışam və abrımı qoruyaraq zirvələrə yüksəlmişəm. Çətin olub. İsmətimi, mərifətimi qorumuşam. Azərbaycan Yazıçılar Birliyinə (AYB) üzv olanda qadınlardan çox kişilər mənə üsyan etdilər. Halbuki məni ora kişilər seçmişdi. Onlar məntiqsiz davranırdılar.

Əsl kişilik bığ-saqqal saxlamaqla ölçülmür. Çoxu bığ saxlayır, amma onun mənasını bilirmi? Biz uşaq olanda hamının üzü təmiz idi”.

Müğənni əlavə edib ki, kişi qadının gözəlliyindən, xanımlığından və mədəniyyətindən zövq almağı bacarmalıdır/yenisabah

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR