"Azərbaycan şou biznesində, televiziyalarında gedən prosesləri bir o qədər də yaxından izləmirəm"

\"Azərbaycan şou biznesində, televiziyalarında gedən prosesləri bir o qədər də yaxından izləmirəm\" 

MƏDƏNİYYƏT

Bugün, 10:18

“Sözün düzü, Azərbaycan şou biznesində, televiziyalarında gedən prosesləri bir o qədər də yaxından izləmirəm. Dəyişikliklərdən də xəbərim yoxdur. Həqiqətən də efirlərə hər müğənnini yox, sırf səsi və sənəti olan müğəniləri dəvət edirlərsə, bu çox yaxşı bir qərardır. Kaş mən Azərbaycanda yaşayanda belə bir qərar çıxardı”.

Mia.az xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında tanınmış müğənni Elariz Məmmədoğlu deyib.

O daha sonra əlavə edib: “Mən həmişə deyirdim ki, bayağı mahnılar oxumaq olmaz. Harmonik və melodik mahnılar oxumaq üçün professional bəstəkarlara müraciət etmək lazımdır. Mən idarə etdiyim toyların əvvəlində Rauf Hacıyev və Tofiq Quliyevin adlarını çəkirəm, mahnılarını oxuyuram ki, camaatda təəssürat yaransın ki, bəstəkar mahnılarının gücü nədədir?! Bəstəkar mahnıları professional mahnı sayılır və insanların zövqünü düzgün istiqamətə yönəldir. Ona görə də bu gün belə bir qərar, müğənni senzurası varsa mən buna ikiəlli razıyam”.

Qeyd edək ki, müğənni bir neçə ildir ki, Amerikada yaşayır və orada müğənni kimi fəaliyət göstərir.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR