Alman ordusunda zorlama halları artıb - Hər 5 qadın əsgərdən 2-si qurbandır

Alman ordusunda zorlama halları artıb - Hər 5 qadın əsgərdən 2-si qurbandır

DÜNYA

Bugün, 12:37

Almaniya ordusundakı zorlama halları artıq rüsvayçı həddə çatıb.

Mia.az xaric mətbuata istinadla xəbər verir ki, hökumət belə hallara qarşı genişmiqyaslı araşdırmaya başlayıb.

Məlumata əsasən, sərt mübarizə üsullarının tətbiqi  məqsədiylə təxminən 45.000 əsgərin iştirakı ilə yoxlama başlayıb: "Yoxlama orduda cinsi təcavüz və zorakılığın miqyasını pik həddə yetişdiyini təsdiqləyib. Araşdırmaya görə, son bir ildə qadın əsgərlərin 40 faizi zorlama və ya uyğunsuz cinsi davranışa məruz qalıb. Bu isə hər 5 qadın əsgərdən 2-nin təcavüzə məruz qalması deməkdir...".

Almaniyanın müdafiə naziri Boris Pistorius faktı təsdiqləyib və etiraf edib ki, bu, problem sistemli xarakter alıb: "Orduda cinsi təcavüzə qarşı sıfır tolerantlıq siyasətinin icrası üçün sərt mübarizə üsullarını artıracağıq"

Samir MUSAYEV

mia.az

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR