Şəhid qızının atası ilə söhbəti... - Seymur Verdizadə yazır
YAZARLAR
25.09.2026, 13:38
Seymur Verdizadə
***
Salam, ata!
Necə olduğunu soruşmuram. Anam deyir ki, atan cənnətdədir. Cənnətdə ancaq yaxşı adamlar olur. Bilirəm ki, yaxşı adamların arasında sən də yaxşısan...
Ata, 10 gündür məktəbə gedirəm. Qırmızı çantam, çoxlu kitab-dəftərim, rəngli karandaşlarım var. Ötən ildən yazıb-oxumağı bacarıram. Dəftərlərimin üstünə adını yazmışam. Qızın olduğum üçün fəxr edirəm!
İlk dərs günü müəllim məndən hansı cərgədə oturmaq istədiyimi soruşdu. Əlimi birinci cərgəyə tuşladım. Səbəbi ilə maraqlandı. Dedim ki, müharibəyə birinci atam gedib. Mən də birinci olmaq istəyirəm.
Atacan, sinifdə hamıdan qabaqda mən otururam. Anam deyir ki, döyüş vaxtı atan hamıdan qabaqda gedirdi. Mən də sənin kimi qabaqda getmək istəyirəm...
Ata, himnimizi əzbər bilirəm. Hər gün məktəbə gedəndə ilk işimiz himnimizi oxumaq olur. Hər gün məktəbdə şəhidlərimizi xatırlayırıq. Amma sən evdə də mənim yadımdan çıxmırsan...
Bəzən məktəbdən evə gələndə istəyirəm qapını açan kimi səni qucaqlayım. Amma sən yoxsan. Axı sən cənnətdəsən. Bilirəm ki, cənnətdən qayıtmaq olmur...
Canım atam, müəllimimiz deyir ki, şəhidlər ölmürlər, onlar Allah babanın yanından bizə baxırlar. İndi səndən danışanda ağlamıram. Ağlamağımı görüb pis olmağını istəmirəm. Mən böyüyürəm, ata...
Müəllimimiz deyir ki, şəhidlər unudulanda ölür. Mən heç vaxt səni unudulmağa qoymayacağam. Sən həmişə mənim qəlbimdə yaşayacaqsan...
Ata, bu gün müəllimimiz uşaqlardan böyüyəndə nə olmaq istədiklərini soruşdu. Hər kəs öz arzusunu dilə gətirdi. Mən isə fikirləşmədən belə dedim: “Həkim olacağam!”
Söz verirəm, yaxşı oxuyub böyüyəndə həkim olacağam. Amma əvvəl yaxşı insan olacağam. O qədər yaxşı insan olacağam ki, hamı məni göstərib deyəcək: “Şəhidin qızıdır.”
Mən səninlə fəxr etdiyim kimi, sən də mənimlə fəxr edəcəksən...
Mətbuat.az
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
GÖMRÜYÜN ZÜLM VERDİYİ SAHİBKAR FƏRYAD EDİR: "3 sentyabr görüşü: vəd başqa, cavab başqa? - "Şahin Bağırova daşdan keçən sual var: Aparat rəhbərinin fəaliyyətinə kim qiymət verir?!"
Bugün, 14:01 İQTİSADİYYAT
-
Mənzil alarkən ən çox edilən 10 SƏHV... - Fərid Cəfərli yazır
Bugün, 13:55 İQTİSADİYYAT
-
Naxçıvan AHİK-i xanım müavinə tapşırıldı
Bugün, 13:55 GÜNDƏM
-
İzmir tarixində bir ilk - Tuqay siyasi mövqeyini yenə dəyişdi, Ərdoğan salamladı (FOTO)
Bugün, 13:34 DÜNYA
-
Azərbaycan Ukraynaya humanitar yardım göndərib
Bugün, 13:14 GÜNDƏM
-
TƏBİB-in sistemi işləmir, insanlar ağrı içində növbə gözləyir - VİDEO
Bugün, 13:11 CƏMİYYƏT
-
Sabah hava necə olacaq? - Proqnoz
Bugün, 12:58 CƏMİYYƏT
-
Jurnalistlərin qurultayının vaxtı dəyişib
Bugün, 12:53 PRESS
-
Aktyor Azər Aydəmir İdarə Heyətinin üzvü seçilib
Bugün, 12:45 MƏDƏNİYYƏT
-
QHT rəhbərinə 7 il 6 ay müddətə şərti cəza verilib
Bugün, 12:40 SİYASƏT
-
"Qızı bu gün "SOCAR Türkiyə"də rəhbər vəzifədədir, az qala nəvələri də..." - Lent.az Parlamentlərarası Dostluq Qrupunun rəhbəri haqda elə şeylər yazdı ki...
Bugün, 12:29 SİYASƏT
-
Allahşükür Paşazadə süni intellektdən danışdı: "İbadətdə insanın yerini tuta bilməz”
Bugün, 12:20 SİYASƏT
-
“Nənələr”in üzvünün oğlu Ukrayna müharibəsində həlak oldu - FOTO
Bugün, 12:16 GÜNDƏM
-
Əməkdar artist Rəşid Mahmudovu cərimələtdi - Məhkəmə prosesi
Bugün, 12:01 MƏDƏNİYYƏT
-
Almaniya kansleri: "Fələstin dövlətinin yaradılması regional sülhün ən yaxşı yoludur"
Bugün, 11:50 DÜNYA
-
Rusiya Ukraynaya zərbələr endirdi - 8 nəfər həlak olub, 27 yaraı var
Bugün, 11:42 DÜNYA
-
Tramp: "Putinlə Rusiyadakı epidemiyanı müzakirə edəcəyik"
Bugün, 11:32 GÜNDƏM
-
"Həkim deyir ki, bir aya normal olacaqsan" - Tacir Şahmalıoğlu
Bugün, 11:26 MƏDƏNİYYƏT
-
Baklıda 40 yaşlı ər 24 yaşlı arvadını öldürdü
Bugün, 11:18 KRİMİNAL
-
625 min manatlıq əməliyyat edən sahibkara cinayət işi açıldı
Bugün, 11:10 KRİMİNAL
-
Bakıda qeyri-adi hadisə: qadına gecə saatlarında zəng etdi, telefonu əri qaldırdı və...
Bugün, 10:59 CƏMİYYƏT
-
Ceyhun Bayramov Türkmənistana gedib
Bugün, 10:45 GÜNDƏM
-
MEDİA-dan "Reuters", "AFP", "France 24", "The Times" və "The Telegraph"da yayılan xəbərə reaksiya: "Bu dezinformasiya əməliyyatının arxasında duran qüvvələrin çirkin niyyəti..."
Bugün, 10:29 SİYASƏT
-
Husilər Səudiyyə Ərəbistanıda Beynəlxalq Hava Limanına zərbə endiriblər
Bugün, 10:22 GÜNDƏM
-
İstanbulda qəyyum təyin olunan bələdiyyədə növbəti əməliyyat: kimlər saxlanılıb? - SİYAHI
Bugün, 10:09 DÜNYA
-
Ağdamdakı Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verilib
Bugün, 10:07 CƏMİYYƏT
-
DTX rəisi: "Azərbaycanın itkin düşən şəxslərinin sayı 4010 nəfərdir"
Bugün, 10:01 GÜNDƏM
-
Prezident İlham Əliyev beynəlxalq konfrans iştirakçılarına müraciət edib - MƏTN
Bugün, 10:01 GÜNDƏM
-
"Starbucks" istehlakçılara fırıldaq gəlir? - Açıqlamalar
Bugün, 09:49 İQTİSADİYYAT
-
Prokurorluq orqanlarında işləmək istəyənlər imtаhаn verəcək - Bu tarixdə
Bugün, 09:30 GÜNDƏM
-
QARA DƏNİZDƏ MÜBARİZ MƏNSİMOVUN GƏMİSİ VURULDU: ölən və yaralananlar var - RƏSMİ BAKIDAN BƏYANAT + VİDEO (YENİLƏNİB)
Bugün, 09:27 GÜNDƏM
-
Azərbaycan nefti 4 dollara yaxın ucuzlaşdı
Bugün, 09:09 İQTİSADİYYAT
-
Millətlər Liqası: 10 oyn oldu, hansı komandalar qalib gəldi?
Bugün, 00:49 İDMAN
-
Rusiyanın Qara dənizdə bir tankeri vurulub
Bugün, 00:49 DÜNYA