Parlamenti qoyub mətbuatın gününə ağlamaq... - Pərviz HƏŞİMLİ YAZIR
YAZARLAR
Bugün, 12:21
Pərviz HƏŞİMLİ
Gününsesi.info saytının rəhbəri
***
Dünən Aqil Abbasla spiker arasında yaşanan gərginliyin fonunda yarı zarafat, yarı cıddı paylaşım etdim.
Paylaşdığım videoda deputatın mənim haqqımda ötən il dediyi sözləri eyni formada onun özünə ünvanlı şəkildə yazıb mənəvi dəstəyimi ifadə etdim.
“Eldar Mahmudov səni sındıra bilmədi” sözünü dəyişərək yazdığım “spiker səni sındıra bilmədi” sözünü sildim.
Bunu həmkarlarım Aqil Camal və Elçin Rüstəmlinin şahidliyi ilə etdim. Hansısa bir zəng , yaxud da təzyiq olmadı.
Parlamentin komitə sədri hörmətli Fazil Mustafa da bunu görüb “sındırılmaq belə olur” ifafəsiylə mətbuatın dərdinə yanırmış kimi üstüörtülü məni tənqid edib.
Əvvala, deyim ki, xanım spikerlə qarşılıqlı ehtirama və hörmətə söykənən münasibətimiz olub. Şəxsən tanıdığı biriyəm, evimizdə bir xanım həmkarıyla qonağımız olub.
Ona görə də narahat olmağa dəyməz.
Spikerə qarşı “rusun adamı” iddialarının birinə belə saytımızda yer verməmişik.
Bir faktı xatırladım:
Eldar Mahmudovun kəsdiyi başa sorğu olmadığı illərdə siz deputat, mən isə jurnalist idim.
O dövrdə Mahmudov ikimizin də bir iş adamı olan qohumumuzu şərləmişdi.
Mən o cinayətkar qrup haqqında Bizim Yol-da sərt yazı yazdım, həbs edilən şəxsi şərləyən MTN-nun Dağbəyi adlı zabitini ifşa etdim.
Həyatımı riskə qoydum.
Amma Siz toxunulmazlıq statusunuz olduğu halda bu haqda danışmadınız. Sadəcə Mahmudovun qəbuluna getdiniz.
Nəticə:
Eldar Mahmudov o qohumumuzun bütün var -dövlətini satdırandan sonra onu azad etdi.
Mən həbs ediləndə general o qəzeti masaya qoymuşdu.
Digər bir fakt:
Yaxın tarixdə ABŞ -ın nüfuzlu “Washington Post” dərgisi sizin “Gününsəsi”nə olan İranla bağlı açıqlamanızı bizə istinadla dərc etmişdi.
Dünyaca məşhur nəşr ciddi olmayan mənbəyə istinad verməz.
Gələk , parlament mövzusuna…
Əsl parlamentarizm fərqli fikirlərin toqquşması, hətta sərt ittihamların, kəskin mübahisələrin səslənməsi deməkdir. Türkiyə parlamentində canlı şahidi olmuşam.
Deputatlar bir-birini sərt tənqid edir, mübahisə edirlər, az qala əlbəyxa olurlar, amma iclas bitəndən sonra foyedə görürsən ki, yenə də əvvəlki salam-sağol münasibətlərini davam etdirirlər.
Çünki siyasi fikir ayrılığı şəxsi münasibətlərə çevrilmir.
Azərbaycan parlamentində isə mənzərə fərqlidir: kim bir qədər fərqli və ya tənqidi fikir səsləndirirsə, spiker dərhal onu tənbeh etməyə başlayır. Sanki parlamentdə fikir mübadiləsi aparan seçilmiş xalq nümayəndələri deyil, dərsini bilməyən şagirdlərdir.
Məncə bu məsələdə YAP çoxluğu olduğu halda müxalif partiyanın təmsilçisi spikeri müdafiə etməyə də borclu deyil.
Aqil Abbasa olan davranış birinci hal deyil.
Bu, Fazil bəyin də uzun illərdən bəri tanıdığı, dostluq etdiyi digər deputatlara da münasibətdə sərgilənib.
Axı yaxşı bilirik, məclisdə öz aranızda əsl həmrəylik yoxdur.
Olsaydı, deputat həmkarınız Eldəniz Səlimovun toxunulmazlığını götürüb onu həbsə yollamazdınız.
Səmimi deyirəm, medianın durumu parlamentin durumundan qismən yaxşıdı.
Parlament isə xalq arasında cərimə artıran qurum imici formalaşdırıb.
P.S. Yazı müəllifin Facebook səhifəsində açıq formada yayımlanıb və oradan götürülüb!.
MİA.AZ
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Sabah hava necə olacaq? - Proqnoz
Bugün, 13:37 CƏMİYYƏT
-
Parlamenti qoyub mətbuatın gününə ağlamaq... - Pərviz HƏŞİMLİ YAZIR
Bugün, 12:21 YAZARLAR
-
Daha bir jurnalisti hadisə yerində döydülər - VİDEO, FOTOLAR (YENİLƏNİB)
Bugün, 12:08 PRESS
-
"Qapını açıb içəri girəndə gördüm ki, Adil Əliyevlə Mehman Hüseynov yeyib-içirlər" - "Adam bilmir buna necə don geyindirsin, deyir..."
Bugün, 12:01 YAZARLAR
-
Avropa çempionatı: Əjdər Bağırovla Kənan Nəsibov qızıl medal qazandı
Bugün, 09:04 İDMAN
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bugün, 00:05 GÜNDƏM
-
Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesabları bunlardır - SİYAHI
31.10.2026, 18:05 GÜNDƏM
-
Rəsmi Bakıdan türk diplomatın namizədliyinə açıq dəstək: "Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyi..."
31.10.2026, 16:24 SİYASƏT
-
Bakı–Tbilisi–Bakı sürət qatarı: vaqonların sayı artırlldı, qiymətlər isə... - MƏBLƏĞLƏR
31.10.2026, 15:00 GÜNDƏM
-
İcra başçısının nümayəndəsi bələdiyyə sədrinın başına butulka atıb - “Ciyər axşamı”nda dava düşüb
31.10.2026, 13:31 CƏMİYYƏT
-
Haqqında şok iddialar səsləndirilən rektor Məleykə Abbaszadənin yerinə hazırlaşır? - "DİM sədri olacağımla bağlı iddialar..."
31.10.2026, 13:19 CƏMİYYƏT
-
Ali Məhkəmə Plenumunun növbəti iclası keçirilib - Nələr müzakirə olunub? + FOTOLAR
31.10.2026, 12:54 GÜNDƏM
-
Sabah hava necə olacaq? - Proqnoz
31.10.2026, 12:27 GÜNDƏM
-
Anar Ələkbərov: "İnanıb dəstəkləyən və yanımızda olan hər kəsə təşəkkür edirik"
31.10.2026, 12:24 MƏDƏNİYYƏT
-
“Stop” əvəzinə “dur”, ya da “toxta” olmalıdır..." - Deputat indi də dilçiliyə keçib, yol nişanlarına belə düzəliş təklif edir
31.10.2026, 11:26 SİYASƏT
-
Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanında 5 milyonluq siqaret qaçaqmalçılığı... - Ənvər Tağıyev də həbsdən azad edildi
31.10.2026, 11:09 İQTİSADİYYAT
-
Leyla Əliyeva və Alyona Əliyeva "Baku Art Weekend” sərgisində - VİDEO, FOTOLAR
31.10.2026, 10:06 MƏDƏNİYYƏT
-
Qubanın alma bağlarında xəstəlik yayılıb
31.10.2026, 09:54 İQTİSADİYYAT
-
Azərbaycan nefti bahalaşdı - 4 dollar
31.10.2026, 09:02 İQTİSADİYYAT
-
Rusiyalı milyarder Bakıya gəlib - FOTO
31.10.2026, 00:04 SİYASƏT
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
31.10.2026, 00:00 CƏMİYYƏT
-
"Qalatasaray" səfərdə "Konyaspor"u darmadağın etdi
30.10.2026, 22:57 İDMAN
-
Soltanlının gülləri heç vaxt solmayacaq... - Seymur Verdizadə yazır
30.10.2026, 22:44 YAZARLAR
-
G20-nin toplantısında gərginlik yarandı - Lavrova görə "Ailə fotosu" ləğv olunub
30.10.2026, 21:53 GÜNDƏM
-
"Napoli" rəsmisi "Fənərbaxça"nın hücumçusunu ələ saldı: "Biz şanslı idik, onu satdıq"
30.10.2026, 20:47 İDMAN
-
SAHİL BABAYEVƏ DAHA BİR MÜAVİN TƏYİN EDİLDİ - O, kimdir? + FOTO
30.10.2026, 20:04 GÜNDƏM
-
Bakıda FIFA U-15 dünya çempionatı və festivalının bağlanış mərasimi və... - Prezident medalları təqdim etdi + VİDEOLAR (Yenilənib)
30.10.2026, 19:35 GÜNDƏM
-
Zelenski Türkiyəyə gəlir
30.10.2026, 18:44 GÜNDƏM
-
Vüqar Rəhimzadə: Azərbaycançılıq ideologiyası milli birliyimizin və dövlətçiliyimizin təməl prinsiplərindəndir
30.10.2026, 17:51 SİYASƏT
-
Türkiyədə işıqpulu qalxıb - Yanvarın 1-dən
30.10.2026, 17:38 İQTİSADİYYAT
-
BİR GÜNDƏ ÜÇ GƏMİ... - Hörmüz boğazında daha bir neft tankeri minaya düşüb
30.10.2026, 17:22 DÜNYA
-
DEPUTATLAR DAHA 10 MƏSƏLƏNİ MÜZAKİRƏYƏ ÇIXARACAQ - SİYAHI
30.10.2026, 17:22 GÜNDƏM
-
YAP Təftiş Komissiyası toplandı: sədr və müavin seçildi
30.10.2026, 17:05 SİYASƏT
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
30.10.2026, 17:00 İQTİSADİYYAT