Ərdoğanın partiya aparatının işçilərinin maaşı verilmir? - AK Partiya iddiaları rədd etdi

Ərdoğanın partiya aparatının işçilərinin maaşı verilmir? - AK Partiya iddiaları rədd etdi

SİYASƏT

Bugün, 09:09

Türkiyə prezidenti Ərdoğanın lideri olduğu AK Partiyanın mərkəzi aparat işçilərinin maaşının qondarma fondda "ilişib" qaldığı haqda xəbərlər yayılıb. İddia olunur ki, bu səbəbdən aparat işçiləri bu səbəbdən iki aydır maaş ala bilmirlər.

 Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu iddianı səsləndirənlərdən biri də CHP-li deputat Həsən Öztürkmen olub.

Onun və digərlərinin bu barədəki açıqlamalarına AK Partiyadan rəsmi reakisya verilib.

AK Partiyanın sədr müavini Ahmet Baha Öğütken partiyanın qərargahı işçilərinin maaşlarının bir çox rəhbər şəxsləri həbs olunmuş qondarma fond hesablarında ilişməsi haqda iddiaları rədsd edib.

Onun sözərinə görə, əsla belə bir hal olmayıb: "Partiya işçilərinin maaşları müntəzəm şəkildə və qəpiyinə qədər onların bank hesablarına köçürülür. Heç kimin də maaşı ləngidilməyib. İşçilərimizin maaşlarının fond hesablarında saxlanılması iddiaları tamamilə yalandır. Xalqı qəsdən çaşdıran və partiyamızın institusional nüfuzuna xələl gətirməyi hədəfləyən bu yalan iddiaları qəti şəkildə rədd edir və bəlli şəxsləri bu yalanlarına görə məhkəməyə verəcəyik"

F.SƏFƏRLİ

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR