34 milyon il əvvəl yaşamış nəhəng gəmirici... - Yeni növü aşkarlandı

34 milyon il əvvəl yaşamış nəhəng gəmirici... - Yeni növü aşkarlandı

DÜNYA

Bugün, 00:20

Kanada, Tayland və Fransadan olan tədqiqatçılar təxminən 34 milyon il əvvəl Orta Paleogen dövründə yaşamış və təxminən 30 kiloqram ağırlığında olan nəhəng gəmirici növü kəşf ediblər.

Mia.az xarici mətbuaa istinadla xəbər verir ki, bu barədə Kanadadakı McGill Universiteti məlumat yayıb.

Məlumatda deyilir ki, Tayland Mineral Ehtiyatlar Departamentinin və Fransadakı tədqiqat i institutlarının paleontoloqları Taylandın Krabi bölgəsində tapılan məməli fosillərini araşdırıblar: "Fosillərin diş ölçmələrindən bədən kütləsini hesablamaq üçün yeddi fərqli metoddan istifadə edən tədqiqatçılar bu gəmirici növün təxminən 30 kiloqram ağırlığında olduğunu müəyyənləşdiriblər. Tədqiqatçılar təxminən 34 milyon il əvvəl Orta Paleogen dövründə yaşamış bu gəmirici növünə "Yakamys sirindhornae" adını verib. Bu, Tayland dilində "nəhəng" mənasını verən "yak" və yunan dilində "mys" mənasını verən "siçan" sözlərinin birləşməsidir".

Universitetin Biologiya üzrə professoru, tədqiqat müəlliflərindən biri olan Virginie Millien bildirb ki, bu,  günümüzdə yaşayan ən böyük gəmiricilərdir.

Hüseyn  Namazov

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR