Lerik sakinləri “Azərişıq” ASC-ni məhkəmədə uddu - Maddi zərər ödəniləcək

Lerik sakinləri “Azərişıq” ASC-ni məhkəmədə uddu - Maddi zərər ödəniləcək

CƏMİYYƏT

Bugün, 10:05

Lerik sakinləri “Azərişıq” ASC-ni məhkəməyə verib.

Mia.az Xitab24.az-a istinadla xəbər verir ki, buna inəkləri elektrik cərəyanının vurması səbəb olub.

Hadisə Piran kəndi ərazisində qeydə alınıb. Belə ki, kənd ərazisində yüksək gərginlikli elektrik xətti qırılaraq iki inəyin üzərinə düşüb. Nəticədə iribuynuzlu heyvanlar tələf olub.

Nəsimi Rayon Məhkəməsi dəymiş maddi ziyanın ödənilməsi üçün “Azərişıq” ASC-dən ümumilikdə 6400 manat tutularaq inək sahiblərinə ödənilməsinə dair qərar çıxarıb.

Lakin “Azərişıq” məhkəmənin bu qərarı ilə razılaşmayıb və yuxarı instansiyalara üz tutub. Qurum etirazı isə heç bir fayda verməyib və Nəsimi Rayon Məhkəməsinin qərarı qüvvədə saxlanılıb.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR