Kılıcdaroğlu ilə Özgür Özəl yeni qurultaya razılaşdı: "Heç bir güzəşt olmayacaq" - CHP nə vaxt toplanacaq?

Kılıcdaroğlu ilə Özgür Özəl yeni qurultaya razılaşdı: \"Heç bir güzəşt olmayacaq\" - CHP nə vaxt toplanacaq?

SİYASƏT

Bugün, 10:32

Məhkəmə qərarıyla yenidən Türkiyənin ana müxalifət partiyası olan CHP-nin başına keçən Kamal Kılıcdaroğlu ilə CHP-nin dünənə qədərki rəsmi sədri Özgür Özəl arasında telefon danışığı olub.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, tərəflər partiyanın yenidən qurultaya getməli olmasına "hə" deyiblər.
Məlumata görə, Özgür Özel ilə Kılıçdaroğlunun "partiya ən uyğun vaxtda qurultaya getməlidir" fikrinə belə cavab verib: "Ən uyğun deyil, ən qısa zamana qurultay olmalıdır. Heç bir güzəşt olmayacaq".
Kılıçdaroğluna yaxın olan partiyanın keçmiş funksioneri Gürsel Tekin isə "Sözcü"yə açıqlamasında qurultay tarixini verib: "CHP-də heç bir xaos yoxdur. İstanbulda 7 ay sonra yeni bir qurultay keçiriləcək".
E.ARAZ
mia.az

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR