Deputatdan rektora etiraz: "Qadın niyə evdə oturmalıdır, məgər biz Ərəbistanda yaşayırıq?"

Deputatdan rektora etiraz: \"Qadın niyə evdə oturmalıdır, məgər biz Ərəbistanda yaşayırıq?\"

SİYASƏT

Bugün, 09:50

Xalq yazıçısı, ADU-nun rektoru Kamal Abdullanın “qadın evdə oturub övladlarına və ailəsinə baxsa daha yaxşıdır” fikri cəmiyyətdə birmənalı qarşılanmayıb.

Mia.az xəbər verir ki, millət vəkili Aqil Abbas məsələ ilə bağlı Sitat.info-ya açıqlamasında Kamal Abdullanın fikirləri ilə razılaşmadığını bildirib.

O qeyd edib ki, bu kimi mövzuların gündəmə gətirilməsi cəmiyyətdə əlavə narazılıq yarada bilər:

“Ümumiyyətlə belə məsələləri gündəmə gətirib cəmiyyətdə narazılıq yaratmağa ehtiyac yoxdur. Birincisi, qadın niyə evdə oturmalıdır ki? Əgər savadı və qabiliyyəti varsa, işləməlidir, ailəyə kömək etməlidir. Ər və arvad birlikdə çalışıb ailəni irəli aparmalıdırlar. Caəmiyyətimizdə çox sayda qadın var ki, faydalı işlər görür. Biz Ərəbistanda yaşayırıq? Bu, Kamal müəllimin şəxsi fikridir. Mən isə belə düşünmürəm”.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR