65 yaşlı rəis təqaüdə göndərilib: "Şöbədə mühəndis var, ancaq seçim başqa yerdən edilir"

65 yaşlı rəis təqaüdə göndərilib: \"Şöbədə mühəndis var, ancaq seçim başqa yerdən edilir\"

CƏMİYYƏT

Bugün, 16:13

""Azəriqaz "İB Lənkəran Regioan Qaz İstismarı İdarəsinin Rejimlərə nəzarət və dispetçer şöbəsinin rəisi 65 yaş həddi ilə əlaqədar təqaüdə göndərilib. Həmin şöbədə uzun müddətdir çalışan və vəzifənin funksional istiqamətinə uyğun fəaliyyət göstərən 2 mühəndis olmasına baxmayaraq, mövcud qaydalara və SOCAR standartlarına əsasən namizəd seçiminin ilk növbədə həmin əməkdaşlar arasında aparılması gözlənildiyi halda, aidiyyəti olmayan başqa bir şöbədən mühəndisin namizəd kimi irəli sürüldüyü bildirilir"
Mia.az xəbər verir ki, bunu Neftçilərin Hüquqlarının Müdafiə Komitəsinin sədri, hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı Feysbuk hesabında yazıb.
Onun sözlərinə görə, bu yanaşma kollektiv arasında təəccüb və narazılıq yaradıb: "Çünki illərlə həmin sahədə çalışan mütəxəssislərin təcrübəsi və peşə hazırlığı nəzərə alınmadan başqa istiqamətdən namizəd seçilməsi obyektivlik baxımından suallar doğurur".
Əhməd
MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR