Rəsmi Bakı Çinə başsağlığı verdi: "Faciəvi partlayışdan dərindən kədərlənirik"

Rəsmi Bakı Çinə başsağlığı verdi: \"Faciəvi partlayışdan dərindən kədərlənirik\"

GÜNDƏM

Bugün, 10:46

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Çinə başsağlığı verib.

Mia.az xəbər verir ki, başsağlığı məktubunda deyilir:

"Çinin Şansi əyalətindəki kömür mədənində baş verən və çoxlu sayda insanın həyatını itirməsinə və yaralanmasına səbəb olan faciəvi partlayışdan dərindən kədərlənirik.

Həyatını itirənlərin ailələrinə və yaxınlarına dərin başsağlığı verir, yaralananların hamısına tezliklə və tam sağalma arzulayırıq.

Xilasetmə və bərpa işlərində çalışan səlahiyyətli orqanlarla və fövqəladə hallara müdaxilə qüvvələri ilə həmrəyliyimizi ifadə edir və bu faciədən zərər çəkən bütün insanların kədərini paylaşırıq"

Xatırladaq ki, Çinin Şansi əyalətində kömür mədənində qəza olub. Nəticədə azı 85 nəfər ölüb.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR