ADY ÇƏTİRİ ALTINDA DOLAŞAN TROLLAR: diş fırçası, qulaq çöpü və... - Niyə Gürcüstan 35 manata, ADY 81 manata bilet satır?
CƏMİYYƏT
22.05.2026, 00:12
Azərbaycan Dəmir Yolları (ADY) QSC-nin 3 gündən bəri donub qalan tətbiqi bu gün günortadan sonra əlçatan olub.
Mia.az xəbər verir ki, tətbiqdə “ölkədaxili və beynəlxalq” istiqamətlər üzrə xidmət variantları aktivləşib və “Bakı-Tbilisi DY” xətti əlavə edilib. Amma günləri seçmək, bileti almaq mümkün deyil.
Xatırladaq ki, hazırda turfirmalar aktiv şəkildə adıçəkilən istiqamətə bilet satışını həyata keçirir.
Bu gün ADY bir qrup media nümayəndəsinin qatarlara baxışını həyata keçirib.
Onsuz da bu qatarlar mediaya və ictimaiyyətə bəlli idi, çünki 2 il əvvəl onları dövlət başçısına təqdim etmişdilər. ADY indi də öz əhatəsindəki medianın diliylə absurd qiymət təyin etdiyi biletlərinə haqq qazandırmağa çalışır.
Qatarın nəinki lüks, komfort vaqonları, heç adi, standart yerlərinin də qiyməti orta aylıq əmək haqqı 400 manat olan ölkə sakiniçün münasib deyil. Bizə standart qiymətin 81 manat olduğunu bildirən rəsmilər qarşı tərəfin – Gürcüstanın təyin etdiyi qiymətlərdən deyəsən, xəbəri yoxdu: qonşu ölkənin mətbuatı onlar tərəfdə biletin bizim pulla hesablayanda 34-35 manat olacağını deyib.
Xatırladaq ki, quru yollar bağlanmazdan əvvəl də gürcü tərəfdən biletlər həmiş ucuz olurdu. Ona görə bizim sərnişinlər heç vaxt 2 tərəfli bilet almırdı: buradan baha qiymətə bilet alsan da, Tiflisdən Bakıya 2 qat ucuz bilet olurdu. İndi o vaxtlarda “CB” deyilən, indinin “lüks” adlanan vaqonlarında təklif edilən heç bir yüksək “xidmət” (diş fırçası, diş çöpü, nəm və quru salfetka və bu kimi şeylər) bu bahaçılığın izahı deyil. Bu baha qiymətlər yalnız dövlət tədbirləriyçün ezamiyyətə gedənlərə sərf edə bilər.
Bəzi deputat və məmurların da qiymətləri müdafiə etməsi deyəsən, elə buna görədi. Dəmir yolu ilə səfərlərin insanları aeroporta gediş-gəliş və çoxmərhələli yoxlanışlardan azad etdiyi arqumentini ortaya qoyanlar da yəqin unudur ki, hər iki ölkənin sərhəddində də pasport yoxlaması var: bu yoxlama hər tərəfdə 1 saata yaxın vaxt aparır. Fərq varmı?
Məntəqələr üzrə bilet xərcləri lap gülməlidi: Böyük Kəsik-Qardabani yolunu 102 manat təyin etmək hansı məntiqə sığar, sizcə? Bu qol qatarla 28, avtomobillə 18 km-di. 15 dəqiqə çəkir. Lap lüks vaqona minsən də, 15 dəqiqəyə lükslük nə edə bilərsən ki, qatarda? Bakıdan Sabunçuya gedən ekspress qatarın qiyməti 90 qəpikdi və o da 15 dəqiqə çəkir.
“Avropa standartları”, - deyə bu gün media nümayənlərinin gözünə xoş gələn bir sıra lüks xidmətləri nümayiş etdirib ADL rəsmiləri.
Bakı-Tiflis arasında 580 kim-lik yolun 81 manat təyin edilməsi Avropasayağı imiş.
Gəlin, baxaq:
Madrid-Barselona – 621 km – 57 manat;
Varşava-Berlin- 575 km – 57 manat;
Budapeşt-Praqa – 530 km – 37 manat.
Mia.az
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Nazir məzunların köynəyini bir-bir imzaladı - VİDEO
Bugün, 12:32 CƏMİYYƏT
-
Prezident İlham Əliyev Kral III Çarlza təbrik məktubu göndərdi - MƏTN
Bugün, 12:02 GÜNDƏM
-
2026-cı il üzrə sertifikatlaşdırma prosesi başlayır
Bugün, 10:32 CƏMİYYƏT
-
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinində yoxlama necə bitib?
Bugün, 09:59 CƏMİYYƏT
-
Hikmət Hacıyev: "Bu, mənim üçün böyük şərəfdir"
Bugün, 09:08 SİYASƏT
-
DÇ-2026: Kanada bərabərliyə razılaşdı, ABŞ darmadağın etdi
Bugün, 08:01 İDMAN
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bugün, 00:03 CƏMİYYƏT
-
CHP-nin daha iki “ağır top"u istefa verdi
12.06.2026, 22:25 SİYASƏT
-
Baş nazirdən dünyaya müjdəli xəbər: “ABŞ və İran sülhə çox yaxındır, artıq mətn hazırdır"
12.06.2026, 22:25 GÜNDƏM
-
Daha 23 azərbaycanlı Suriyadan repatriasiya olunub
12.06.2026, 21:15 SİYASƏT
-
Vernidubun “Neftçi”si iki yol arasında - Baş məşqçi mediadan yenə küsəcək?
12.06.2026, 20:06 İDMAN
-
İran XİN başçısı ABŞ-la anlaşmaya yaxın olduqlarını deyir
12.06.2026, 19:51 GÜNDƏM
-
Facebook, Messenger və İnstagram dünya miqyasında çökdü
12.06.2026, 18:52 PRESS
-
Netanyahu İlham Əliyevi təbrik etdi: "Əziz dost..."
12.06.2026, 18:20 GÜNDƏM
-
Rüfət Səfərova hökm oxundu - Məhkəmə prosesi
12.06.2026, 18:13 SİYASƏT
-
TRAMP SAZİŞİ İNKAR EDƏN İRANA BARMAQ SİLKƏLƏDİ: “Ağıllı olun!
12.06.2026, 18:01 GÜNDƏM
-
Mourinyonun Arda Gülərlə bağlı yeni planı var
12.06.2026, 17:43 İDMAN
-
Ağ Evin həyətindəki "86 47" işarəsi: bu, kimə mesajdır? - Araşdırma başlayıb
12.06.2026, 17:29 GÜNDƏM
-
Rəsmi Tehran: “Bazar günü Cenevrədə ABŞ-la…”
12.06.2026, 17:22 GÜNDƏM
-
“Sədərək”də biznesmen bıçaqlandı
12.06.2026, 17:09 KRİMİNAL
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
12.06.2026, 17:00 İQTİSADİYYAT
-
Azərbaycanla Asiya İnfrastruktur İnvestisiya Bankı arasında saziş imzalandı - Metropolitenlə bağlı
12.06.2026, 16:54 İQTİSADİYYAT
-
Gülşən Cumayevaya yeni vəzifə verildi
12.06.2026, 16:46 İQTİSADİYYAT
-
Mərkəzi Bankın valyuta ehtiyatları: 90%-dən çoxu dollarladır
12.06.2026, 16:33 İQTİSADİYYAT
-
“Beşiktaş”ın sabiq baş məşqçisi “Liverpul”dan ayrıldı
12.06.2026, 16:21 İDMAN
-
DÇ-2026: bu gün hansı komandalar meydana çıxacaq?
12.06.2026, 16:11 İDMAN
-
Xalq artisti: "Görürük ki, cəmi 25-30 yaşı olan aktrisalar dodaqlarını həddindən artıq böyüdür"
12.06.2026, 15:59 ŞOU-BİZNES
-
Azərbaycanda 5.1 maqnitudalı zəlzələ oldu - Açıqlamalar (YENİLƏNİB)
12.06.2026, 15:42 GÜNDƏM
-
Milli Kibertəhlükəsizlik Agentliyi növbəti fişinq kampaniyası aşkarlayıb
12.06.2026, 15:40 PRESS
-
Hindistan XİN ABŞ-a nota verdi - Gəmi vurulub, dənizçilər həlak olub
12.06.2026, 15:26 DÜNYA
-
İrandan Hörmüz boğazı barədə - Açıqlama
12.06.2026, 15:10 DÜNYA
-
TƏBİB-də yoxlamalar davam edir: 9 nəfərlə müqaviləyə xitam verilib, 31 nəfər isə... (SİYAHI)
12.06.2026, 15:08 CƏMİYYƏT
-
Məcburi köçkünlərlə bağlı qanunlar dəyişdi
12.06.2026, 14:51 GÜNDƏM
-
SAXTA ŞİRKƏTLƏR YARADANLAR QANDALLANDI - 10-a yaxın şəxs məsuliyyətinə cəlb olundu
12.06.2026, 14:40 GÜNDƏM