Bakının 5 rayonunda çoxsaylı mənzillər, şirkətlər, maşınlar, bankda bir milyon... - Mirzəyevin xanımı ilə qızı miras davası edir
KRİMİNAL
22.05.2026, 16:21
AFFA-nın sabiq prezidenti Ramiz Mirzəyevin xanımı ilə qızı məhkəmədə üz-üzə gəlib.
Mia.az Xitab24.az-a istinadla xəbər verir ki, buna səbəb Ramiz Mirzəyevin vəfatından sonra geriyə qalan miras bölüşdürülməsində yaranan problemlərdir.
Anasına qarşı məhkəmə iddiasını isə mərhum Mizrəyevin qızı qaldırıb. O, atasından qalan mirasdan bəzi əmlakların qardaşı Anar Mirzəyevin də vəfatından sonra onların gəlini və Ramiz Mirzəyevin nəvəsinin adına keçirilməsinə etiraz edib.
Mirasa Tovuzda, İsmayıllıda, Şamaxıda çoxsaylı müxtəlif təyinatlı torpaq sahələri, Abşeron rayonu ərazisində bağ evi, Bakının Xətai, Nəsimi, Sabunçu, Səbail, Binəqədi rayonları ərazisində çoxsaylı mənzilər, şirkətlər, Ramiz Mirzəyevin bank kartlarında qalan bir milyon manata yaxın vəsait, avtomobillər və s. daxildir.
Ramiz Mirzəyevin qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edədək bir sıra əmlaklarda vərəsəlik payının müəyyən edilməsi və mirasın bölüşdürülməsini istəyib. Bundan başqa o, həmin əmlakların özgəninkiləşdirilməsinə dair bağlanmış əqdlərin, o cümlədən bağışlama və alqı-satqı müqavilələrinin etibarsız hesabedilməsi tələbini iddia ərizəsində qeyd edib. İddia ərizəsində qeyd olunan əmlaklar siyahısında avtomobillər və “Tamam” firması da daxildir.
Bundan başqa, Mirzəyevin qızı cavabdehlərin hərəkətlərində cinayət əməlinin olub-olmamasının müəyyən edilməsi üçün onlar barəsində xüsusi qərardad qəbul edilərək araşdırılma aparılması üçün müvafiq hüquq-mühafizə orqanlarına göndərilməsi barədə qətnamə qəbul edilməsini də xahiş edib.
Ramiz Mirzəyevin qızı anasına qarşı inamını qardaşı Anar Mirzəyevin vəfatından sonra itirdiyini bildirib. O qeyd edib ki, anası Sima Aslanova oğlunun vəfatından sonra atası Ramiz Mirzəyevlə birgə nikah dövründə əldə edilmiş əmlakları satmağa, hansısa formada başqa şəxslərə özgəninkiləşdirməyə başlayıb və artıq bir çoxuna müvəffəq olub. Bu əmlaklardan bəziləri Mirzəyevlərin gəlini Günay Aslanova və onun azyaşlı qızının adına keçirilib. Buna görə də o, məhkəməyə müraciət etmək məcburiyyətində qaldığını bildirib.
Maraq üçün onu da bildirək ki, Günay Aslanova Ramiz Mirzəyevin xanımı Sima Aslanovanın qardaşı qızıdır. Ramiz Mirzəyevin qızı anasının bu addımını mənimsəmə kimi dəyərləndirib.
Cavabdeh Sima Aslanova iddiaya etiraz edərək bildirib ki, həyat yoldaşı Ramiz Mirzəyevdən qalan əmlak vərəsələr tərəfindən rəsmi qaydada qəbul edilib və aralarında bərabər yəni, hər birinə 1/3 hissədə bölünüb.
"Hazırda vərəsəliyin müəyyən edilməsi və miras əmlakın vərəsələr arasında bərabər şəkildə bölünməsindən 17 il keçdikdən sonra iddiaçının məhkəməyə ərizə ilə müraciət edərək, miras qalmış əmlakın bölüşdürülən zaman bundan xəbərinin olmadığını, ailə dəyərlərinə, bir-birilərinə hörmət və sevgi olduğundan bu müddət ərzində əmlaklarda özünə düşən paylarda hansısa sənədləşmə aparmağı zəruri hesab etmədiyini bildirsə də, onun bu iddiası əsassız tələbdir" - cavabdeh tərəf bildirib.
Sima Aslanova qızının iddiasının rədd edilməsini məhkəmədən xahiş edib.
Birinci instansiya məhkəməsi Mirzəyevin qızının iddiasını qismən təmin edərək bir sıra əmlaklarda pay hüququnun müəyyən edilməsi, iddianın qalan hissədə təmin edilməməsini qət edib.
Ana və qızı növbəti dəfə apellyasiya məhkəməsində üz-üzə gəlib. Bu dəfə Mirzəyevin qızı iddiasının digər hissəsinin təmin edilməsini istəyib. Qarşı tərəfə, yəni anası isə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvini xahiş edib. Lakin həm apellyasiya, həm də növbəti instansiya birinci qətnaməni qüvvədə saxlayıb.
Qeyd edək ki, Ramiz Mirzəyev 2007-ci ildə vəfat edib. Onun oğlu Anar Mirzəyev isə 2018-ci ildə avtomobil qəzasında həyatını itirib.
Mia.az onu da xəbər verir ki, R.Mirəzeyvin qızı Qaradağ Rayon İcra Hakimiyyətinin başçısını əvəzləyən Emil Abbasovdur.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Rusiya ordusu Ukraynanın bəzi şəhərlərini bombalayıb
Bugün, 10:02 GÜNDƏM
-
Hədiyyə kartlarının etibarlılıq müddəti... - Hakim izahat verdi
Bugün, 09:40 GÜNDƏM
-
32 yaşlı argentinalı futbolçu: "Əla matç olacaq"
Bugün, 09:38 İDMAN
-
Azərbaycan nefti 5 dollardan çox bahalaşdı - Qara qızıl neçəyədir?
Bugün, 09:27 İQTİSADİYYAT
-
Almaniyanın Münhen şəhərində su böhranı var - Qadagalar qoyuldu
Bugün, 09:18 DÜNYA
-
RƏSMİ TEHRAN: “İslamabad razılaşması bitdi”
Bugün, 09:12 GÜNDƏM
-
Türkiyədə bələdiyyə sədri həbs olundu
Bugün, 08:59 SİYASƏT
-
CENTCOM: ”İrana qarşı 7 saatlıq əməliyyat həyata keçirildi” (Yenilənib)
Bugün, 08:17 GÜNDƏM
-
DÇ-2026: İspaniya Fransa üzərində tarixi qələbə qazandı
Bugün, 00:58 İDMAN
-
"O VAXT İRAQIN İŞĞALI YANLIŞ İDİ” – Tramp və Baş nazirdən maraqlı açıqlamalar
Bugün, 00:31 GÜNDƏM
-
İran ordusu ABŞ-ın hücumuna cavabı verib: "Amerikaya məqsədinə yetişməsinə imkan verilməyəcək"
Bugün, 00:23 GÜNDƏM
-
Türkiyədə zəlzələ olub
Bugün, 00:05 GÜNDƏM
-
Odessa sahillərində Azərbaycan vətəndaşlarının olduğu gəmiyə hücum olub - 11 nəfər xilas edilib - Kapitan isə axtarılır
Bugün, 00:03 GÜNDƏM
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bugün, 00:03 MƏDƏNİYYƏT
-
Çempionlar Liqası: "Sabah" növbəti mərhələdə!
14.07.2026, 23:23 İDMAN
-
"Tiktoker Arzum"un hökmü: xəstəxanada 21 dəqiqə qalıb, maşını aeroportdan götürülüb
14.07.2026, 22:07 KRİMİNAL
-
İlham Əliyevin adından Xankəndidə Slovakiya prezidentinin şərəfinə rəsmi nahar verilib - FOTOLAR
14.07.2026, 20:27 GÜNDƏM
-
Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan... - Ermənilər Bakıda yenidən hakim qarşısında + FOTOLAR
14.07.2026, 18:36 GÜNDƏM
-
BAKIDA KOLBASA SEXİNDƏ İYRƏNCLİK - Agentlik yoxladı və... + FOTOLAR
14.07.2026, 18:09 İQTİSADİYYAT
-
Bakcell tətbiqində AirPods və hər gün 1 GB internet qazan
14.07.2026, 18:04 İQTİSADİYYAT
-
Azərbaycan və Slovakiya arasında Anlaşma Memorandumu imzalanıb - FOTO
14.07.2026, 18:00 GÜNDƏM
-
Azərbaycanda saxlanılan Türkmənistan vətəndaşı... - Geri verildi
14.07.2026, 17:59 KRİMİNAL
-
TBİLİSİ-BAKI QATARINA UCUZ BİLET SATAN ŞİRKƏT... - Qadağa qoyulub?
14.07.2026, 17:47 CƏMİYYƏT
-
Agentlik sədri 6 ay sonra qərarını dəyişdi - Regional idarə müdiri vəzifədən uzaqlaşdırıldı
14.07.2026, 17:40 CƏMİYYƏT
-
CHP-də gərginlik pik həddə yüksəldi - Özgür Özəl məhkəməyə üz tutdu
14.07.2026, 17:34 SİYASƏT
-
“Beşiktaş”dan Məhəmməd Salahla bağlı – Açıqlama
14.07.2026, 17:24 İDMAN
-
Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində yeni müəssisələr yaradıldı - Əli Əsədov qərar verdi
14.07.2026, 17:12 CƏMİYYƏT
-
İkardi "Qalatasaray"da qalacaq? - Okan Burukdan açıqlama
14.07.2026, 17:09 İDMAN
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
14.07.2026, 17:00 İQTİSADİYYAT
-
Həbsdə olan sabiq icra başçısı barədə yeni qərar verildi
14.07.2026, 16:54 GÜNDƏM
-
Miqrasiya sahəsində 27 xidmət elektronlaşdırılıb
14.07.2026, 16:53 CƏMİYYƏT
-
Yaqut İmanova: "Flora Kərimovanın səhhəti yaxşıdır"
14.07.2026, 16:48 MƏDƏNİYYƏT
-
Aktrisa izləyicilərini məhkəməyə verməyə hazırlaşır
14.07.2026, 16:39 ŞOU-BİZNES
-
İranlı nazir: “Neft ixracımız fasiləsiz davam edir”
14.07.2026, 16:28 DÜNYA