Mayın 25-dək hava qeyri-sabit davam edəcək - Xəbərdarlıq

Mayın 25-dək hava qeyri-sabit davam edəcək - Xəbərdarlıq

GÜNDƏM

Bugün, 20:53

Azərbaycanın rayonlarında qeyri-sabit, yağıntılı hava şəraitinin mayın 25-i axşamadək davam edəcəyi gözlənilir.

Mia.az xəbər verir ki, bu barədə  Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, ayrı-ayrı yerlərdə yağıntının intensivləşəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı, yağıntıların qısa müddətə güclənəcəyi ehtimalı var.

Yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimal olunur.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR