Keçmiş partiya sədri Dövlət Agentliyinə şikayət göndərdi: "Quru sərhədlərin qapalı qalması..."

Keçmiş partiya sədri Dövlət Agentliyinə şikayət göndərdi: \"Quru sərhədlərin qapalı qalması...\"

İQTİSADİYYAT

Bugün, 18:00

"Kim hesab edirsə ki, Azərbaycan Dəmir Yollarının bazardakı inhisarçı mövqeyi ona Bakı-Tbilisi qatar biletindən əsassız mənfəət gətirəcək, hazırladığımız qısa müraciət mətnini öz adından Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə göndərə bilər. Agentliyin saytının ərizə bölməsinə keçid və nümunəvi mətn şərhdədir. Özünüz də əlavələr edə bilərsiniz və ya tamamən başqa mətn yaza bilərsiniz. Qoy Agentlik də öz münasibətini bildirsin".

Mia.az xəbər verir ki, bu sözləri Real Partiyasının keçmiş sədri, politoloq İlqar Məmmədov sosial media hesabında yazıb.

O, daha sonra Dövlət Xidmətinə göndərdiyi şikayətin məzmunu paylaşıb. Həmin şikayəti olduğu kimi təqdim edirik:

"Ərizə/Şikayət/Təklif [nümunə]

Hesab edirəm, 26 may 2026-cı il tarixindən etibarən Bakı-Tbilisi qatarına biletin qiymətini Azərbaycan Dəmir Yolları ciddi iqtisadi əsası olmadan təyin etdiyi üçün onun bazardakı inhisarçı mövqeyi ona həddən artıq və əsassız mənfəət, vətəndaşlara və cəmiyyətin iqtisadi mənafelərinə isə zərər gətirəcək.
Belə ki, sonuncu dəfə 2019-cu ilin axırında və 2020-ci ilin əvvəlində satılan biletlər dəfələrlə ucuz idi və indi qoyulmuş yeni qiymət Dövlət Statistika Komitəsinin açıqladığı ümumi illik inflyasiya statistikasına, dəmir yolunda sərnişindaşıma qiymətinin inflyasiya statistikasına və qida olmayan mal və xidmətlərdə qiymətin inflyasiyası statistikasına uyğun deyil.
Məsələn, dörd nəfərlik kupedə səyahət o vaxt bir nəfərə təxminən 34 manata idisə, rəsmi inflyasiya statistikalarına əsasən indi onun qiyməti 45 manatdan çox olmamalıdır.
Aydındır ki, quru sərhədlərin qapalı qalması biletlərə tələbatı artırır. Lakin, hətta bu tələbat nəzərə alınmaqla, Azərbaycan Dəmir Yollarının elan elədiyi minimum qiymət, xüsusilə də vətəndaşların həyatda müşahidə etdiyi gerçək qiymət şişirdilmişdir.
Xahiş edirəm, bu qiymətlə bağlı iqtisadi araşdırma aparıb onun əsaslı səviyyəyə endirilməsi üçün tədbir görəsiniz".
Samir
MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR