Ekologiyanın “boz kardinal”ı: Vüqar Kərimova ağır ittihamlar...
GÜNDƏM
22.05.2026, 23:05
Azərbaycanda illərdir eyni mənzərə təkrarlanır. Hansısa rayonun icra başçısı həbs olunur, hansısa komitə sədri vəzifədən çıxarılır, korrupsiya əməliyyatları keçirilir, dövlət başçısı məmurlara sərt xəbərdarlıq edir. Amma bütün bunlara baxmayaraq, bəzi sahələrdə eyni adlar illərlə toxunulmaz qalır.
Mia.az Yenicag.az saytna istinadla xəbər verir ki, ekologiya sahəsində isə bu adların başında ən çox hallanan şəxslərdən biri Vüqar Kərimovdur. Yəni Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “boz kardinal”ı.
Nazir müavininin adı artıq təkcə idarəçiliklə deyil, illərdir meşələrin talanı, şübhəli təyinatlar, qohumbazlıq, himayədarlıq və gizlədilən qalmaqallarla yanaşı çəkilir. Ən ağır tərəfi isə budur ki, bütün bu ittihamların fonunda nə ciddi araşdırma aparılır, nə də doğru-düzgün cəzalanma var.
Vüqar Kərimovun adı niyə hər qalmaqalda keçir?
Bu gün ekologiya sahəsində hansı qalmaqalı açırsan, hansı regional idarəyə baxırsan, hansı şikayəti oxuyursan, ortada bir ad dayanır – Vüqar Kərimov.
Masallıda meşələr yox olur – adı keçir.
Lənkəranda qanunsuz qırıntılarla bağlı ittihamlar yayılır – adı keçir.
Şəkidə məcburi köçkünlər təzyiqdən şikayət edir – adı keçir.
“Azəryaşlandşaft” ASC-də xaos hökm sürür – yenə adı keçir.
Bu qədər təsadüf ola bilərmi?
Yoxsa ekologiya sistemində illərlə qurulan görünməz şəbəkənin mərkəzində məhz Vüqar Kərimov dayanır?
İddialara görə, regional meşə təsərrüfatlarında əsas təyinatların böyük hissəsi məhz onun razılığı ilə həyata keçirilir. Meşəçilikdən anlayışı olmayan şəxslərin rəhbər postlara gətirilməsi, yaxın çevrələrin strateji vəzifələrə yerləşdirilməsi, cərimələrin gizlədilməsi, qırıntı aktlarının ört-basdır edilməsi ilə bağlı səslənən ittihamlar artıq sosial şəbəkə söhbəti yox, ciddi ictimai narahatlığa çevrilib.
“Azəryaşlandşaft” – dövlət qurumu, yoxsa dost çevrəsi?
“Azəryaşlandşaft” ASC ətrafında baş verənlər isə ayrıca skandaldır. Quruma rəhbərlik edən Cavid Abdullayev ilə bağlı yayılan narazılıqlar aylardır səngimir.
İddialara görə, dövlətin milyonlarla manat ayırdığı yaşıllaşdırma layihələri formal idarə olunur, ərazilərə nəzarət yoxdur, baxımsızlıq hökm sürür. Amma ən ciddi məsələ Cavid Abdullayevin bu posta hansı meyarla gətirilməsidir.
Nazirlik daxilində dolaşan iddialara görə, bu təyinat peşəkarlığa görə yox, şəxsi yaxınlığa görə həyata keçirilib. Həm də “boz kardinal”a. Yəni dövlət qurumu peşəkar kadr siyasəti ilə yox, “öz adamını yerləşdirmə” prinsipi ilə idarə olunur.
Əgər bu iddialar yalandırsa, onda niyə nəticə yoxdur?
Niyə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın xüsusi təşəbbüsü ilə qurulan zeytun bağlarında inəklər gəzir?Niyə dövlətin nümunə layihəsi kimi təqdim olunan ərazilər baxımsız vəziyyətə düşüb?
Niyə milyonlarla manatın nəticəsi ortada görünmür?
Cənub meşələri necə “əriyib” yoxa çıxdı?
Masallı, Cəlilabad və Yardımlı istiqamətində səslənən ittihamlar isə artıq ekoloji fəlakət səviyyəsindədir.
Göytəpə meşəbəyliyində sənədlərdə mövcud görünən 76 hektar meşə sahəsinin faktiki yoxa çıxması barədə iddialar sadəcə səhlənkarlıq deyil. Bu, dövlət sərvətinin məhv edilməsi iddiasıdır.
76 hektar meşə yox olur və heç kim cavab vermir.
Bu qədər böyük ərazi havaya sovrula bilməz. Deməli, ya kimsə susur, ya da kimsə qorunur.
İddialara görə, illərlə bölgədəki qanunsuzluqlar barədə yazılan aktlar gizlədilib, bəzi əməkdaşlar həqiqəti yazdıqları üçün cəzalandırılıb, qanunsuz qırıntılarla bağlı sənədlər ört-basdır edilib. Ən ağır ittihamlardan biri də budur ki, Vüqar Kərimov qanunsuzluqları sənədləşdirən şəxslərə irad bildirib və “niyə hər şeyi olduğu kimi yazmısan?” deyə narazılıq edir. Əgər bu, doğrudursa, bu artıq vəzifə məsuliyyətsizliyi yox, dövlətə qarşı sabotajdır.
Nazir müavini ətrafında “toxunulmazlıq” görüntüsü
Ekologiya sistemində artıq açıq danışılan başqa bir məsələ də var: “Boz kardinal” Vüqar Kərimovun ətrafında formalaşmış “toxunulmazlıq” görüntüsü.
İddialara görə, onun yaxın çevrəsinə aid şəxslər müxtəlif regional idarələrdə vəzifələrə yerləşdirilib. Təhsili olmayan adamların yüksək postlara gətirilməsi, vaxtilə qanunsuzluqlara görə işdən uzaqlaşdırılmış şəxslərin yenidən sistemə qaytarılması barədə səslənən məlumatlar cəmiyyətdə ciddi narazılıq yaradır. Ən təhlükəlisi isə budur ki, meşələrə cavabdeh şəxslərin adları artıq “meşə mafiyası” ifadəsi ilə yanaşı hallanır. Bu ölkədə ağac əkən insan qəhrəman sayılmalıdır.
Amma indi vəziyyət o yerə çatıb ki, ağacı qorumağa cavabdeh şəxslərin özləri ağacların məhvi ilə bağlı ittiham olunur. Vüqar Kərimov susduqca suallar böyüyür Bu gün cəmiyyətin cavab gözlədiyi çox sadə suallar var:
76 hektar meşə haradadır?
Niyə qanunsuz qırıntılarla bağlı iddialar araşdırılmır?
Niyə dövlət meşə fondu torpaqları örüşə və əkin sahəsinə çevrilir?
Niyə illərdir eyni şəxslərin adı qalmaqallarda keçir?
Niyə təhsilsiz və səriştəsiz adamlar mühüm vəzifələrə gətirilir?
Və ən əsası:
Niyə bütün bu iddiaların mərkəzində həmişə Vüqar Kərimovun adı dayanır?
Əgər bu qədər ittiham əsassızdırsa, o zaman nazir müavini açıq danışmalı, ictimaiyyət qarşısına çıxmalı, fakt-fakt cavab verməlidir.
Susqunluq artıq müdafiə deyil.
Susqunluq şübhələri daha da böyüdür.
Bu gün Azərbaycanın ekologiyasını ən böyük təhlükə təkcə iqlim dəyişikliyi deyil. Ən böyük təhlükə kreslosunu dövlətin özündən üstün görən məmur təfəkkürüdür. Elə ulu öndər Heydər Əliyev də o məşhur çıxışı zamanı məhz bu məmur təfəkkürünü nəzərdə tuturdu. “Ağac kəsənlər mənim qollarımı kəsir” deyəndə…
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Müğənni Sıla Gençoğlu izləyicilərini təəccübləndirdi - FOTO
22.05.2026, 23:23 ŞOU-BİZNES
-
Ekologiyanın “boz kardinal”ı: Vüqar Kərimova ağır ittihamlar...
22.05.2026, 23:05 GÜNDƏM
-
Özgür Özəl İYİ partiya lideriylə bir arada: “Kılıçdaroğluna zəng etdim, telefonu bağlı idi” (VİDEO)
22.05.2026, 21:21 GÜNDƏM
-
Kim Çen In İlham Əliyevə məktub ünvanlayıb
22.05.2026, 21:12 GÜNDƏM
-
YSK məhkəmənin qərarını təsdiqlədi - Özgür Özelin "kitabı"nı bağladılar
22.05.2026, 20:53 SİYASƏT
-
Mayın 25-dək hava qeyri-sabit davam edəcək - Xəbərdarlıq
22.05.2026, 20:53 GÜNDƏM
-
Dövlət katibi: “İranla danışıqların yaxşı gedir, lakin…”
22.05.2026, 18:20 DÜNYA
-
Keçmiş partiya sədri Dövlət Agentliyinə şikayət göndərdi: "Quru sərhədlərin qapalı qalması..."
22.05.2026, 18:00 İQTİSADİYYAT
-
Niderland Kralı İlham Əliyevi təbrik edib - MƏTN
22.05.2026, 17:46 GÜNDƏM
-
Bakıda WUF13 tədbiri başa çatdı
22.05.2026, 17:29 GÜNDƏM
-
"ADY-də problem artıq təkcə qiymət siyasəti deyil" - Nazirlik yanında İctimai Şura üzvü 47 milyon dolların taleyini sorğulayır
22.05.2026, 17:19 YAZARLAR
-
SİYASİ GƏRGİNLİK ARTIR: Özgür Özəl xalqı etiraza çağırdı – “Günahımız AKP-ni yenməkdir” + VİDEO
22.05.2026, 17:01 GÜNDƏM
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
22.05.2026, 17:00 İQTİSADİYYAT
-
Özgür Özəlin şikayəti geri qaytarıldı, məhkəmə qərarı Kamal Kılıcdaroğluna təqdim edildi – O, CHP-nin rəsmən sədri oldu
22.05.2026, 16:39 GÜNDƏM
-
Bakının 5 rayonunda çoxsaylı mənzillər, şirkətlər, maşınlar, bankda bir milyon... - Mirzəyevin xanımı ilə qızı miras davası edir
22.05.2026, 16:21 KRİMİNAL
-
Keçmiş partiya sədrinə hökm oxundu - 4 il 6 ay...
22.05.2026, 16:09 SİYASƏT
-
Müğənni Nura Suri: "İnsanlara “pulun yoxdur, dünyaya uşaq gətirmə” kimi ifadələr işlətmək cahillikdir"
22.05.2026, 16:01 MƏDƏNİYYƏT
-
Bakı-Tbilisi qatarında bir sərnişin pulsuz nə qədər yük apara biləcək? - Açıqlama
22.05.2026, 15:52 CƏMİYYƏT
-
Ermənistan Moskvadan qopur: Kreml panikadadır, amma... - TƏHLİL
22.05.2026, 15:49 GÜNDƏM
-
AzTV 5 ay üçün 8 nəfəriin hər birinə 4 min manatdan çox pul ayırdı - Seriala görə + Siyahı
22.05.2026, 15:42 PRESS
-
Hikmət Hacıyev: "Azərbaycan mediası öz vətənpərvərliyini və peşəkarlığını göstərdi" - VİDEO
22.05.2026, 15:28 PRESS
-
Fergus Auld Azərbaycanı tərk edir
22.05.2026, 15:09 SİYASƏT
-
Aygün Kazımovaya mahnı həsr edilib - “Mən şərqli qızam” + VİDEO
22.05.2026, 15:02 ŞOU-BİZNES
-
Ceyhun Bayramov BMT rəsmisi ilə müzakirə apardı - FOTO
22.05.2026, 14:32 SİYASƏT
-
İki alpinisti Everest dağında ölüb
22.05.2026, 14:17 DÜNYA
-
I Qarabağ müharibəsinin itkin-şəhidi dəfn olunub
22.05.2026, 14:15 CƏMİYYƏT
-
TÜRKİYƏ DAHA BİR İLKƏ İMZA ATDI: dəqiqədə 3 min güllə atan dron ovlayan dron… - FOTO
22.05.2026, 14:08 GÜNDƏM
-
Həbsdəki sabiq icra başçısı yenidən hakim qarşısına çıxarıldı
22.05.2026, 13:59 KRİMİNAL
-
“Azərbaycan Dəmir Yolları”nın saytı çökdü
22.05.2026, 13:11 PRESS
-
"Kamal Abdulla rektordur, o universitetdə işləyənlərin 80 faizi qadındır" - Novella Cəfəroğlu rektoru qınadı (MÜSAHİBƏ)
22.05.2026, 13:02 SİYASƏT
-
Kamal Kılıçdaroğlu ilk əmrlərini verdi – 3 nəfəri vəzifədən azad etdi
22.05.2026, 12:59 DÜNYA
-
Prezident rektoru təbrik etdi - MƏTN
22.05.2026, 12:56 GÜNDƏM
-
Deputatlar daha bir sahə üzrə cərimələrə "hə" dedi - DETALLAR
22.05.2026, 12:50 GÜNDƏM
-
Bu qanunu pozanlar cərimələnəcək - Məbləğlər müəyyənləşdi
22.05.2026, 12:45 İQTİSADİYYAT