Komitə sədri ADSEA-ya "yükləndi": "Su təsərrüfatına rəhbərlik edənlər səriştəsizdir, yeyintilərə, korrupsiyaya yol verilir"
CƏMİYYƏT
23.05.2026, 10:05
Görkəmli dramaturq Nəcəf bəy Vəzirovun “Yağışdan çıxdıq, yağmura düşdük” pyesi var. Bu gün paytaxt sakinləri eynən bu vəziyyətdədir. Yağış bitib, amma fəsadları qalmaqdadır. Paytaxtda içməli su problemi yaranıb. Leysan, öz başını buraxıb normadan artıq yağmış yağışın suyu kanalizasiya suyuna qarışıbmı, anbarlar dolub daşmasın deyə kilidmi vurulub “ağzına”, əhali sudan istifadə edib təbii ehtiyaclarını çox da ödəməsin, zatən dolu olan kanalizasiya boruları bir də məişət tullantıları sularından partlamasın deyəmi, axı nədən şəhərdə su qıtlığı yaşanır, bilinmir.
Paytaxtın başıbəlalı Masazır qəsəbəsi, Yoncalıq ərazisində bu vaxta qədər əhaliyə su bir gündən bir verilirdi, yağışdan sonra isə günlərlə su olmur. Antisanitariya vəziyyəti yaranır. Qəsəbə sakinləri bu gedişlə Qanq çayına möhtac qalan hindlilərə oxşayacaqlar.
Deyək ki, Masazır sənədsiz evlərin qanunsuz tikildiyi və bundan kimsənin “xəbər tutmadığı” gözdən iraq yerdir, bəs Yasamal rayonu?
Paytaxtın mərkəzindəki Yasamal rayonu, "Həsən bəy Zərdabi - 84" küçəsinin sakinləri də susuzluqdan şikayətlənir. Axşam saat 11-12 oldu, vay sakinlərin halına...
Suyun saatlarla verilməsi bir yana, veriləndə də təzyiq o qədər aşağı olur ki, yuxarı mərtəbələrə su çıxmır. İndi neyləyək? Gərək bina sakinləri ağırlıqqaldırma idman növünü öyrənsinlər ki həyətdən su daşıya bilsinlər. Təkcə, Yasamal deyil, ən mərkəz inzibati rayon – Səbaildə də su problemi yaşanır vaxtaşırı. Xatırladaq ki, bir neçə il əvvəl o zamankı “Azərsu” yaşayış binalarının damındakı su çənlərinin yığışdırılmasına göstəriş verdi. İnsanların öz maddi imkanları ilə alıb quraşdırdıqları su çənləri kütləvi şəkildə yığışdırıldı və elan edildi ki paytaxta fasiləsiz su veriləcək. Nə oldu? Fasiləsiz su, fasiləliyə dönüşdü. Hə, deyəcəklər əhali artıb. Ya da hardasa qəza baş verib, boru partlayıb, təmir gedir. İl boyu? Əhalinin artımı təbii prosesdir. Yağış da təbiət hadisəsidir. Əlaqədar qurumun, məmuların işinin öhdəsindən gələ biməməksə insan amilinə bağlıdır. Abonentlər su niyə kəsilir sualına cavab istəyir, cavabsa yoxdur. Sakinlər məcburdur, 3 tonluq su çəni alıb quraşdırsınlar ki su olmayan günlərdə istifadə edə bilsinlər.
Mia.az-ın məlumatına görə, Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının rəhbəri, hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı “Sherg.az”a açıqlamasında qeyd etdi ki, əhalinin içməki suya mphtac qalması əlaqədar qurumların səriştəsizliyinin, yol verilən korrupsiyanın nəticəsidir:
MİRVARİ QƏHRƏMANLI
"Mən şəkiliyəm. Hamı bilir ki, Şəkidə yağış yağanda küçələrdə yağış suyu hardasa toplanıb qalmır, arxlar var, yağış suyu bu arxlara axır. Ümumiyyətlə, rayonlarda yerli əhali təbiətə bələd olurdu, relyefi bilirdi, arxları buna uyğun qazırdılar ki yağış yağanda evləri su basmasın, küçələr suyun altında qalmasın. Dağlardan sel gələrdi, amma subasma olmazdı, su arxlar vasitəsiylə axıb gedərdi. Bakını niyə su basır, çünki şəhərsalma qaydalarına əməl edilməyib. Əhali artıb, amma illərdir kanalizasiya xətləri yenilənmir, çoxmərtəbəli binalar tikilib, amma yağış kollektorlar quraşdırılmayıb, drenaj sistemi yoxdur, səki kənarlarında bir vaxtlar mövcud olmuş su ötürücülərin üzəri qapadılıb. Bakıda həmişə su qıtlığı olub. Ötən əsrin əvvəlində yalnız Şollar su kəməri ilə Bakıya su gəlirdi, sonra əhali artdıqca ehtiyac ödənsin deyə Ceyranbatan su anbarı tikildi, Kürdən də su daxil olmağa başladı. Sonra da bildiymiz kimi Oğuz-Qəbələ-Bakı su kəməri çəkildi.
Üç istiqamətdən paytaxta su gəldiyi halda əhali niyə sudan korluq çəkir? Çünki su təsərrüfatına rəhbərlik edənlər səriştəsizdir, peşəkar deyillər. Yeyintilərə, korrupsiyaya yol verilir. Bu problem ciddi şəkildə araşdırılmır, hesabat tələb olunmur. Şəhərsalmada əhalinin suyla təchizatı əsas prioritet olmalıdır. Amma səriştəsizlik, məsuliyyətsizlik, laqeydlik abş alıb gedir.
Binaların zirzəmiərində vəziyyət necədir, su boruları hansı vəziyyətdədir, kim bilir, kim bununla maraqlanır?
Getdikcə vəziyyət daha da gərginləşəcək. İqlim dəyişilikləri labüddür. Bunu görürük. Yağışlar artacaq, leysanlar olacaq. Yağış suları düzgün yönləndirilməlidir ki, subasmaların qarşısı alınsın. Əhali də su ilə normal şəkildə təmin edilsin. Böyük ehtimalla su boruları artıq yararsız haldadır.
Sovet dönəmindən bu yana, su borularının çox az bir hissəsi yenilənib. Hər dəfə ayrı-ayrı məntəqələrdə qəza baş verəndə, görürük su xətlərinin vəziyyətini. Özləri də etiraf edir ki, köhnə borulardır. Bəs bu illər ərzində dövlət büdcəsindən ayrılan vəsait hara xərclənib? 21-ci əsrdə paytax şəhərində içmıli suyun olmaması dəhşətdir. Azərbaycan içməli su ehtiyatlarının olmadığı və ya az olduğu ölkə deyil. Sadəcə, su ehtiyatları səriştəsiz idarə olunur".
MİA.AZ
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Milli Yaylaq Festivalında taxta konstruksiya aşıb, yaralılar var - FOTO
25.07.2026, 20:16 GÜNDƏM
-
Cavanşir Babalıoğlundan DREAM Fest-ə açıq müraciət: "Azərbaycan musiqisinin canlı əfsanələrinə də festivalda yer verilməlidir" - VİDEO
25.07.2026, 19:05 MƏDƏNİYYƏT
-
Gürcüstanda zəlzələ olub
25.07.2026, 18:28 GÜNDƏM
-
"Sədərək" və "Binə" ticarət mərkəzləri bağlanır? - AÇIQLAMA + VİDEO
25.07.2026, 17:34 CƏMİYYƏT
-
SPACE TV-nin İNDİKİ VƏ KEÇMİŞ RƏHBƏRLİYİ ARASNDA GƏRGİNLİK: hansı doğru danışır? - AÇIQLAMALAR
25.07.2026, 17:03 PRESS
-
Rumıniya ölkənin hava məkanında iki gün ərzində ikinci PUA-nı vurub
25.07.2026, 16:57 DÜNYA
-
Bakı-Tbilisi qatarı yarıyolda qalıb -SƏBƏB
25.07.2026, 16:20 CƏMİYYƏT
-
Prezident Bakı şəhəri Dağ Yəhudiləri dini icmasının sədrini təltif etdi - SƏRƏNCAM
25.07.2026, 14:03 GÜNDƏM
-
Sabahın hava proqnozu açıqlandı
25.07.2026, 12:56 CƏMİYYƏT
-
“Aqrarkredit”lə bağlı qalmaqal: kimlər həbs edildi?
25.07.2026, 11:27 İQTİSADİYYAT
-
Jurnalistin övladı Böyük Britaniyanın qabaqcıl universitetində oxuyacaq - Dövlət hesabına...
25.07.2026, 10:46 CƏMİYYƏT
-
VI "Yüksəliş" müsabiqəsinin qalibləri mükafatlandırıldı
25.07.2026, 10:34 CƏMİYYƏT
-
Amerikalı ekspert Naxçıvanda: "Zəngəzur dəhlizi təkcə Azərbaycan üçün deyil, bütövlükdə..." - MÜSAHİBƏ
25.07.2026, 09:19 SİYASƏT
-
Azərbaycan nefti 6 dollardan çox ucuzlaşdı
25.07.2026, 09:07 İQTİSADİYYAT
-
Zakir Həsənov: "Xəbər məni dərindən kədərləndirdi"
24.07.2026, 20:34 GÜNDƏM
-
“Space TV”nin bank hesablarına həbs qoyuldu: “Xalq Bank”a borc və... - TELEKANAL KİMİ İTTİHAM EDİR? (YENİLƏNİB)
24.07.2026, 20:24 PRESS
-
Mansur Yavaş kimi seçəcək? – “Onun bizə dəstəyi ilk gündən bəllidir”
24.07.2026, 19:50 SİYASƏT
-
Maliyyə İdarəsinin sabiq rəisi Regional Turizm İdarəsinə müdir təyin olundu
24.07.2026, 19:07 CƏMİYYƏT
-
Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan... - Bakıda ermənilərin məhkəməsi + FOTOLAR
24.07.2026, 18:55 GÜNDƏM
-
Livakoviç "Fənərbaxça"dan gedir
24.07.2026, 18:46 İDMAN
-
Prezidentin köməkçiləri, şöbə müdirləri... - PA rəsmilərinin avqust ayı üzrə qəbul günləri + CƏDVƏL
24.07.2026, 18:10 GÜNDƏM
-
Vaxtı ötmüş içkilər...- FOTOLAR
24.07.2026, 17:57 İQTİSADİYYAT
-
TÜRKİYƏNİN YENİ SİYASİ TƏŞKİLATI: Özgür Özəl 91 deputatla partiyasını elan etdi (YENİLƏNİB)
24.07.2026, 17:50 GÜNDƏM
-
8 prokurorluq əməkdaşı intizam məsuliyyətinə cəlb olunub
24.07.2026, 17:36 CƏMİYYƏT
-
Milli Məclis bəyanat yaydı - "ABŞ Konqresi..."
24.07.2026, 17:25 SİYASƏT
-
Deputat etiraz edən şəxsə təpik atdı, ortalıq qarışdı – FOTOLAR
24.07.2026, 17:09 SİYASƏT
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
24.07.2026, 17:02 İQTİSADİYYAT
-
Əhəd Abıyev Əli İnsanovu yumruqlayıb? - Sabiq icra başçısı barədə sensasion iddialar yayıldı
24.07.2026, 16:58 SİYASƏT
-
AAYDA-da daha 10 Yol İdarəsi ləğv olundu, direktorları işsiz qaldı - Yeni sədr Agentliyi "təmizləyir"
24.07.2026, 16:40 CƏMİYYƏT
-
Xaricdə təhsil üzrə Dövlət Proqramının nəticələri elan edilib
24.07.2026, 16:23 CƏMİYYƏT
-
Cənubi Koreyalı iş adamı keçmiş arvadına fantastik pul ödəyəcək - 644 milyon dollar
24.07.2026, 16:14 ŞOU-BİZNES
-
Banqladeş prezidenti istefa verib – Səhhətinə görə, yoxsa...?
24.07.2026, 15:58 DÜNYA
-
Prezident icbari tibbi sığorta ilə bağlı dəyişikliyi təsdiqləyib
24.07.2026, 15:27 GÜNDƏM
-
İqtisadiyyat Nazirliyinin Əsasnaməsi dəyişdi - Prezident təsdiqlədi
24.07.2026, 15:13 GÜNDƏM