DÇ-2026-da matçlar "ağıllı toplar"la oynanılacaq: "14 qramlıq sensor və..."  

DÇ-2026-da matçlar \"ağıllı toplar\"la oynanılacaq: \"14 qramlıq sensor və...\"  

İDMAN

23.05.2026, 10:44

Gələn ay start veriləcək Dünya Çempionatı (DÇ-2026 ) oyunlarında ənənəvi toplarla deyil, "zaryadka yığan" toplarla matçlar oynanılacaq.

Mia.az xarici mətuata istinadla xəbər verir ki, yeni istehsal olunan topların bu mötəbər yarışda sınaqdan çıxarılmasına FİFA artıq qərar verib.

İddiaya görə, "ağıllı toplar" oyundan əvvəl "zaryadka"ya qoyulacaq ki, matç boyu "gücü"nü qoruya bilsin: "Yeni sistem hakimlərə ofsayd və qol xətti qərarlarında kömək edəcək. Bu toplar 14 qramlıq qabaqcıl sensorlar və məlumat ötürmə sistemləri ilə təchiz olunub. Bu sistem sayəsində topun ayaqdan çıxdığı anı, xüsusən də ofsayd mövqelərini dəqiq müəyyən etmək olacaq".

Fərid ASLAN

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR