Mollanın “prodüsser”i, müğənninin meneceri, mətbuat katibinin katibəsi… - Təbriz VƏFALI YAZIR
24-07-2025 [11:26]
Təbriz VƏFALI
***
Gecə vaxtı Molla Nəsrəddinin eşşəyini tövlədən oğurlayırlar. Dan yeri ağaranda ev sahibi və qonşular oğurluqdan xəbər tuturlar.
Qonşular başlayırlar mollanı danlamağa ki, gərək ayıq yataydın, gərək tövlənin qapısına qıfıl vuraydın, gərək it saxlayaydın və sair. Dərdi başından aşan molla yandığından bilmir neyləsin, bir tərəfdən də qonşuların danlağı ona od vurur. Özünü saxlaya bilmir, deyir, ay qonşular, insafınız olsun, bir az da oğrunun əclaflığından, vicdansızlığından danışın…
Neçə illərdir başbilənlərimiz, mahir bilicilərimiz, qanunpərəstlərimiz “İnformasiya əldə etmək haqqında” və “Media haqqında” qanunları tökürlər qabaqlarına, ələkdən keçirdirlər, onlara düzəliş və dəyişikliklər edirlər. Çox gözəl, çox pakizə.
İnsaf xatirinə deyək ki, bəzi düzəliş və dəyişikliklər mətbuatımızın ağ günə çıxmasına imkan yaradacaq və jurnalistikamızın inkişafına təkan verəcək. Amma bir əmma var ki, atalı-analı yetim jurnalistlərimiz sözügedən qanunlarımızdan tam faydalana, jurnalistlik fəaliyyətlərini tam icra edə bilmirlər. Ələləxüsus, xəbərlərin oxuculara operativ çatdırılmasına, informasiyanın əldə edilməsinə yaradılan süni maneələr mediamız üçün əsl başağrısıdır. Xüsusilə də bəzi KİV-lərin sıravi əməkdaşları baş redaktorların, redaktorların və şöbə müdirlərinin verdikləri tapşırıqları icra etməkdə, mövzuları, xəbərləri yazmaqda çox zorlanırlar, vaxt itkisi ilə üzləşirlər.
İllər əvvəl jurnalistlərin informasiya almaq üçün birbaşa məsul şəxslə, məsələn, idarə müdiri ilə əlaqə saxlamalarına, suallara cavab almalarına şərait yaradılmışdı. Sonrakı illərdə çərxi fələk tərsinə dövran etdi.
Vəziyyət o həddə çatıb ki, hər hansı bir dini məsələylə, dini problemlə bağlı mollaya zəng edirsən, ya telefona “prodüsser”i cavab verir, ya da molla deyir ki, suallarla bağlı “prodüsser”imə müraciət edin.
Müğənniyə zəng edirsən, analoji problem yaşanır. Suallara cavab almaq üçün mütləq müğənninin menecerinin “saqqızını oğurlamaq” lazım gəlir. Amma bunu hər jurnalist bacarmır.
Bəzi dövlət qurumlarına zəng edirsən, mətbuat katiblərinin, mətbuat xidməti rəhbərlərinin katibələri, köməkçiləri və ya əməkdaşları telefon zənglərinə cavab verirlər. Amma həmin katiblərdən, xidmət rəhbərlərindən, yaxud, onların yönləndirdikləri müvafiq şöbənin rəsmisindən suallara dərhal cavab almaq hər jurnalistin bəxtinə doğan gün olmur.
Hələ yazılı sorğuların qısa müddətdə cavablandırılmasını gözləmək jurnalist həyatının ən çətin sınağıdır. Bu sınaqdan üzüağ çıxmaq hər media əhlinin nəsibinə düşən tale payı olmur. Redaksiya rəhbərlərinin süni əngəllər üzündən informasiyaları operativ hazırlaya bilməyən həmkarlarımızın günlərini göy əskiyə bükmələri də az qala gündəlik həyatımızın ayrılmaz bir parçasına çevrilir.
Lakin insafla danışsaq, bəzi jurnalistləri informasiya blokadasında saxlayanların haqlı iradları var. Onlar bəzi həmkarlarımızın qeyri-peşəkarlığından şikayətlənir, onları sualları düşgün ünvanlamamaqda, məlumatsızlıqda ittiham edirlər.
Amma neyləyəsən, balıq başdan iylənər, deyirlər. Mətbuat orqanlarında ixtisaslaşdırmanın aparılmaması, maddi imkansızlıq üzündən əlavə işçilər götürmək imkanından məhrum olan qəzet və sayt rəhbərinin jurnalisti müxtəlif mövzular yazmağa məcbur etməsi ayrıca bir dərddir. Ona görə də çanaq informasiya almaqda çətinliklə üzləşən və sərbəstliyi itən sadə qələm əhlinin başında çatlayır. İndi başbilənlərimizə, mahir bilicilərimizə, qanunpərəstlərimizə üzümü tutub deyirəm ki, qonşular kimi eşşəyi oğurlanmış molllanı danlamaqla bərabər oğrudan da bir az danışın. “Prodüsser”lərin, menecerlərin, mətbuat katiblərinin, mətbuat xidməti rəhbərlərinin süründürməçiliyinə əncam çəkin, peşəkarlıq səviyəsinin yüksəldilməsi üçün redaksiyalarda ixtisaslaşdırmanın aparılmasına nail olun, KİV rəhbərlərinin məcburi tapşırıqlarını, mövzularını yerinə yetirməkdə zorlanan sadə jurnalistlərə dəstək göstərin.
Vallah, bu problemi çözsəniz, media əhlimizin xeyir-dualarını alacaqsınız, böyük savaba batacaqsınız.
Buyurun, meydan sizindir…
MİA.AZ
Çempionlar Liqası: "Qalatasaray" Fransada uduzdu - YENİLƏNİB
Zelenski Romadan Trampa mesaj verdi: "Seçkiyə həmişə hazıram"
Qarsda qar yağır - 17 kəndin yolu bağlanıb
Məşhur futbolçunu şantaj edən qadın həbs edildi - Təfərrüat
Türkiyədə məşhur jurnalistlər saxlanıldı - Narkotik ittihamı ilə
Qubada 3.3 bal gücündə zəlzələ olub
Çempionlar Liqası: "Bavariya" 12 dəqiqəyə 3 qol vuraraq qalib gəldi
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Azercell Kinon tətbiqini süni intellektlə gücləndirib
Rusiyada hərbi təyyarə qəzaya uğrayıb - 7 nəfər həlak olub
Deputat Əli Abbasovun mandatına xitam verilir
"Cimbom" radarına 27 yaşlı müdafiəçini alıb
İngiltərə millisinin hücumçusu həbs edilib
Leyla Əliyeva Türkmənistanda - Avaza filialının açılışı olub
"Eskişehirspor" yarımmüdafiəçi transfer edib
Bakcell bonuslarla zəngin yeni “GO” tariflərini təqdim edir
Prezident İlham Əliyevin Slovakiyaya rəsmi səfəri başa çatıb
TFF Türkiyə - Rumıniya matçı ilə bağlı açıqlama yayıb
Məhəmməd Salah Ərəbistana transfer ola bilər - 2 namizəd var
"Qalatasaray" ilə "Fənərbağça"nın futbolçuları həbs olundular
Türkiyə kubokunda oyunların təqvimi açıqlanıb - "Fənərbağça" - "Beşiktaş" derbisinin tarixi bəlli olub
Deputat CHP-dən istefa verdi
İsrail İordan çayının Qərb sahilinə hücumlarını artırıb
"Ayaks" ilk xalını "Qarabağ"dan ala biləcəkmi?
"Hitrou" aeroportundakı insidentdə şübhəli bilinən iki nəfərə qarşı ittiham irəli sürülüb
Azərbaycanla Laos arasında ilk siyasi məsləhətləşmələr keçirilib
Tailandın 70-ə yaxın hərbçisi Kamboca ilə sərhəddə xəsarət alıb
Azərbaycan-Türkiyə HHQ nümayəndələri arasında işçi görüşü keçirilib
Bakıda kişi arvadının valideynlərinin evindən qızıl oğurlayıb
Tramp: Avropa bir çox cəhətdən öz işinin öhdəsindən gələ bilmir
Türkiyədə zəlzələ olub
Azərbaycanla Pakistan arasında mədəni əməkdaşlıq müzakirə olunub
İlham Əliyev Slovakiya Prezidentini Azərbaycana səfərə dəvət edib
İrandan külli miqdarda narkotik vasitənin Azərbaycana keçirilməsinin qarşısı alınıb
İlham Əliyevin Slovakiyanın Baş naziri ilə təkbətək görüşü olub
Azərbaycanın qastroturizm imkanları Koreyada tanıdılıb
Azərbaycanla Slovakiya arasında beş sənəd imzalanıb
Rəsmi Bakı: Aİ ilə Ermənistanın imzaladığı sənəd Azərbaycanla sülh gündəliyinə ziddir
İndoneziya Prezidenti sabah Rusiyaya səfər edəcək
Moped idarə etmək üçün sürücülük vəsiqəsi tələb olunacaq
Sabunçuda yaşayış evində partlayış baş verib (Yenilənib)
Növbəti iki gündə leysan yağacaq - Xəbərdarlıq
Qənimət Zahidin qiyabi məhkəməsi: hakim qərar verdi