ABŞ prezidenti: "İranla müharibəni bu dəqiqə dayandıra bilərəm, ancaq..."

ABŞ prezidenti: \"İranla müharibəni bu dəqiqə dayandıra bilərəm, ancaq...\"

GÜNDƏM

Bugün, 12:06

"İrana qarşı müharibəni bu dəqiqə, dərhal dərhal dayandıra bilərəm, lakin İsrail israrla davam etdirməyimizi istəyir".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp Amerika mətbuatına açıqlamasında deyib.

Tramp bildirib ki, İrana zamanında çox sərt zərbələr endiriblər: "Artıq quru, hava və dəniz qüvvələriyox kimidir. Ancaq hələ də bu müharibədə olmağımızın səbəbi, İsrail də daxil olmaqla, qorumağa çalışdığımız insanların istəyidir. Dediyim kimi, mən bu müharibəni dərhal dayandıra bilərəm, amma qorumağa çalışdığım millətlərin tələbi ilə bir az daha mədəni şəkildə davam etdiririk".

Tramp bu müharibəyə görə noyabrın 3-də Konqres və Nümayəndələr Palatasına keçirilən seçkini uduzduqlarını boynuna alıb. O, Demokratlara səs verən seçiciləri, xüsusilə qaradərili seçiciləri"naşükür olmaq"da ittiham edib: "Etdiyim işlərin ən böyük faydası qaradərili icmasına dəyib. Onlara görə cinayət hüquqi sahəsində ədaləti islahat həyata keçirdim,  kollec və universitetləri xilas etdim. Onlar bağlanmaq üzrə idi. İndi onların "Demokrat"a necə səs verdiyini sadəcə başa düşmürəm."

E.ARAZ

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR