Mia.az xəbər verir ki, Xalq artistləri Firəngiz Mütəllimova və Naibə Allahverdiyeva Qaynarinfo-ya açıqlamalarında Qarabağa köçmədiklərini bildiriblər.
Firəngiz Mütəllimova Şuşaya qayıtması ilə bağlı məlumatın doğru olmadığını deyib. O, hazırda Bakıda yaşadığını, fəaliyyətini teatrda davam etdirdiyini qeyd edib: "Hələ Bakıdayam, öz işimdə və teatrdayam. Qayıtmaqla bağlı bir xəbər yoxdur. Bütün günü teatrdayam. Nə vaxt şad xəbər olsa, onu hamı biləcək".