Sabahın hava proqnozu açıqlanıb

Sabahın hava proqnozu açıqlanıb

CƏMİYYƏT

Bugün, 12:51

Bakıda və Abşeron yarımadasında noyabrın 14-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir, cənub-qərb küləyi əsəcək.

Mia.az xəbər verir ki, sabah havanın temperaturu gecə 7-12° isti, gündüz 17-22° isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 60-65 % olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi dağlıq və dağətəyi rayonlarda arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.Havanın temperaturu gecə 4-9° isti, gündüz 17-22° isti, dağlarda 0-4°şaxta, gündüz 8-13° isti olacaq.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR