AHİK-də aylarla ləngidilən dəyişklik - Sahib Məmmədov müavinini yola saldı

AHİK-də aylarla ləngidilən dəyişklik - Sahib Məmmədov müavinini yola saldı

SİYASƏT

Bugün, 11:29

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini Qəzənfər İsmayıl oğlu Abdullayev vəzifəsindən azad edilib.

Mia.az Unikal.az-a istinadən xəbər verir ki, bu barədə müvafiq qərar qəbul edilib.

Qeyd edək ki, Q.Abdullayev 28 sentyabr 2023-cü ildə AHİK-in sədr müavini seçilmişdi.

Xatırladaq ki, bir müddət əvvəl Qəzənfər Abdullayevin mülkləri ilə bağlı mətbuatda məlumat yayılmışdı.

Bundan sonra o, Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri vəzifəsindən azad edilib, həmçinin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı mandatından məhrum olunub.

Lakin aylar əvvəl baş verənlərə baxmayaraq, AHİK sədir Sahib Məmmədov indi "tərpənib".

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR