Müəllimlərin sertifikatlaşdırılması prosesi başlayır
GÜNDƏM
Bugün, 10:56
5–6 dekabr tarixlərində dövlət məktəbəqədər təhsil müəssisələrində çalışan tərbiyəçi-müəllimlərin və metodistlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsi təşkil ediləcək.
Mia.az xəbər verir ki, təhsilverənlərin peşə yararlılığının göstəriciləri məzmun və metodika, təhlükəsizli, pedaqoji etika və əməkdaşlıq və özünüinkişaf sahələri üzrə qruplaşdırılmışdır. İştirakçılara qeyd edilən istiqamətlər nəzərə alınmaqla məktəbəqədər təhsilin məzmunu və metodikası, həmçinin uşaq və yaş psixologiyası üzrə 60 sual təqdim ediləcək. Test imtahanı mərhələsi kompüterdə elektron qaydada həyata keçirilir və bu mərhələyə 120 dəqiqə vaxt ayrılır. Hər bir suala düzgün cavab 1 (bir) balla qiymətləndirilir, eyni zamanda səhv cavablar və ya sualın cavabsız qoyulması 0 (sıfır) bala bərabər tutulur və düzgün cavablara təsir göstərmir.
Təhsilverənlərin sertifikatlaşdırılmasının keçirilməsində məqsəd məktəbəqədər təhsil müəssisələrində pedaqoji fəaliyyət ilə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlərin peşəkarlıq səviyyələrinin və peşə yararlılıqlarının yoxlanılması, onların peşəkar inkişafına nail olmaq və təlim ehtiyaclarını öyrənməkdir.
Sertifikatlaşdırma prosesinin təşkili zamanı qanunvericiliklə müəyyən edilmiş iştirak şərtləri və sertifikatlaşdırmadan keçməyən şəxslərə dair istisnalar nəzərə alınır. Belə ki, müvafiq qanunvericiliyə əsasən, hamilə qadınlar, uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra bir ildən az müddətdə müvafiq vəzifədə çalışan qadınlar, habelə uşağını təkbaşına böyüdən kişilər, ilk dəfə işə qəbul olunan şəxslər (üç il müddətində) və azı üç dəfə sertifikatlaşdırmadan keçmiş şəxslər bu prosesdə iştirak etməyəcəklər. Eyni zamanda, 60 və daha yuxarı yaşda olan şəxslərin sertifikatlaşdırmada iştirakı könüllüdür.
Qeyd edək ki, dövlət məktəbəqədər təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılması Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinin tələblərinə uyğun olaraq təşkil edilir və 14 şəhər üzrə 21 mərkəzdə 9 000-ə yaxın şəxsin iştirakı gözlənilir.
Sertifikatlaşdırma prosesinin vaxtı və keçirilmə yeri barədə məlumatlar iştirakçıların şəxsi kabinetlərinə göndərilib. Test imtahanı mərhələsinin nəticələri üzrə balların hesablanması isə avtomatlaşdırılmış rejimdə proqram təminatı vasitəsilə həyata keçirilir və təhsilverənin nəticələri test imtahanı mərhələsi başa çatdıqdan dərhal sonra ona elan edilir.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Müəllimlərin sertifikatlaşdırılması prosesi başlayır
Bugün, 10:56 GÜNDƏM
-
TƏBİB-in keçmiş rəhbəri jurnalistə vəzifə verdi - Açıqlama
Bugün, 10:34 PRESS
-
Tramp və nazirə "sayğılı ol" deyə bağıran əsgərə medal verildi - FOTO
Bugün, 10:22 DÜNYA
-
Özünüməşğulluq proqramı ilə verilən əmlaklar... - Onlar necə geri alına bilər?
Bugün, 10:14 CƏMİYYƏT
-
Sergen Yalçın məğlubiyyətdən danışdı: "Gələcəkdə də Ardanın çiyinlərinə böyük yük düşəcək"
Bugün, 10:08 İDMAN
-
"Azəriqaz"da rejimlərə nəzarət, dispetçer şöbəsi və fəhlələrin maaşı gecikdirilib - Komitə sədri Azər Məmmədovu qanunları pozmaqda ittiham edir
Bugün, 09:59 CƏMİYYƏT
-
Azərbaycan nefti cüzi ucuzlaşdı
Bugün, 09:48 İQTİSADİYYAT
-
Mustafa Cecelinin konserti yarıda kəsildi - Vali səhnəyə çıxdı və elan etdi
Bugün, 09:29 MƏDƏNİYYƏT
-
Türkiyənin bu bölgəsində ayılar qorxu saçır - Əhaliyə xəbərdarlıq edilib
Bugün, 09:21 DÜNYA
-
Azərbaycan yeni qaz yatağı kəşf edib - Avropaya qaz tədarükü artırılacaq
Bugün, 09:16 İQTİSADİYYAT
-
Binəqədi, Hövsan, Şirvan və Yevlaxda güzəştli mənzilləri satışa çıxarıldı - SİYAHI
Bugün, 09:10 İQTİSADİYYAT
-
MALİYYƏ, YOXSA GƏNCLƏR VƏ İDMAN NAZİRLİYİ: hansı günahkardır? - 8 şəhər və rayonda idarə işçiləri maaşsız qalıblar
Bugün, 09:07 İQTİSADİYYAT
-
4 ingilis klubu "Qalatasaray"ın futbolçunu heyətinə qatmaq istəyir - 40 milyon avroya...
Bugün, 09:00 İDMAN
-
Prezident İlham Əliyev Avropa Siyasi Birliyinin Sammitində - VİDEO, FOTOLAR (YENİLƏNİB)
Bugün, 08:06 GÜNDƏM
-
Cevad Prekazi "Qalatasaray" və "Partizan" formaları ilə dəfn edilib
Bugün, 00:35 İDMAN
-
"Uzaq Şəhər"in "Sədaqət"i haqda bu yaşda elə xəbər yayıldı ki... - Özündən 10 yaş balaca ilə...
Bugün, 00:16 MƏDƏNİYYƏT
-
Belçikalı qolkiper: "Arda Gülərin qolu o qollardan biri idi..."
Bugün, 00:14 İDMAN
-
Hakan Fidan Abdullah Çatlı ilə bağlı suala cavab vermədi
Bugün, 00:05 SİYASƏT
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bugün, 00:03 CƏMİYYƏT
-
Azərbaycan Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında tarixi sənəd... - Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı (TAM MƏTN)
12.11.2026, 23:15 GÜNDƏM
-
Millətlər Liqası: Türkiyə uduzdu (Yenilənib)
12.11.2026, 22:53 İDMAN
-
İlham Əliyev Çexiya Baş naziri ilə müzakirə aparıb - Dublində
12.11.2026, 22:06 GÜNDƏM
-
Prezident Dublində Kiriakos Miçotakislə görüşüb - Müzakirə + FOTO
12.11.2026, 21:57 GÜNDƏM
-
Xəzər TV Xətaidə tikinti dərəbəyliyindən daha bir süjet yaydı: “Abad həyət" ərazisi də bərbad günə salınıb - VİDEO
12.11.2026, 21:50 CƏMİYYƏT
-
Türkiyədə helikopter qəzaya uğrayıb - 4 hərbçi həlak olub
12.11.2026, 21:47 GÜNDƏM
-
ƏLİYEVLƏ PAŞİNYAN BİR ARAYA GƏLDİ: regionda sülh, sabitlik və... - işçi qrupları yaradıldı + VİDEOLAR, FOTOLAR (YENİLƏNİB)
12.11.2026, 21:22 GÜNDƏM
-
Ağ Ev yaxınlığında silahlı insident: ölən var
12.11.2026, 20:04 DÜNYA
-
Tələbə qıza sataşan müəllim universitetdən qovuldu - Türkiyədə
12.11.2026, 19:56 DÜNYA
-
"Sükut içində addımlar" sənədli filminin təqdimat mərasimi keçirilib - Rəsmilər tədbirdə
12.11.2026, 19:39 MƏDƏNİYYƏT
-
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb - MÜZAKİRƏ + FOTO
12.11.2026, 19:30 GÜNDƏM
-
GENERALIN VƏZİFƏLİ QIZI EV DUSTAQLIĞINA BURAXILDI - VİDEO, FOTOLAR (Yenilənib)
12.11.2026, 18:21 GÜNDƏM
-
Tramp: "İranla yeni razılaşmaya ehtiyacımız yoxdur, o günlər çoxdan keçib"
12.11.2026, 17:50 GÜNDƏM
-
17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası... - Sminar keçirilib
12.11.2026, 17:50 GÜNDƏM
-
Naxçıvan Şəhər İcra Hakimiyyətində rüsvayçılıq: işçi qəbula gələn qadının nömrəsini götürdü, daha sonra isə... - Xəbər rəsmən təsdiqləndi
12.11.2026, 17:42 CƏMİYYƏT