Azərbaycan yeni qaz yatağı kəşf edib - Avropaya qaz tədarükü artırılacaq

Azərbaycan yeni qaz yatağı kəşf edib - Avropaya qaz tədarükü artırılacaq

İQTİSADİYYAT

Bugün, 09:16

"Bu gün yeddi ölkənin ərazisindən keçən və Bolqarıstandakı interkonnektorlar vasitəsilə Avropa İttifaqının on ölkəsini təchiz edən, Bakıdan İtaliyaya qədər uzanan boru kəməri tamamilə doludur".

Mia.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada çıxışı zamanı deyib.

Prezident onu genişləndirməyin vacibliyinə toxunub, Yunanıstana və İtaliyaya gedən kəmərin ötürmə gücünün 10 milyard kubmetrdən 11,2 milyard kubmetrə qədər artırıldığını qeyd edib.

İlham Əliyev Azərbaycanın emal müəssisələrinin ümumi istehsal həcminin 30 milyon ton olduğunu diqqətə çatdırıb.

Dövlət başçısı qaz təchizatını artırmağı planlaşdırdığımızı bildirib, bu xüsusda yeni yataqların kəşf edildiyini vurğulayıb.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR