Skaloninin müqaviləsinin müddəti uzadıldı

Skaloninin müqaviləsinin müddəti uzadıldı

İDMAN

Bugün, 12:27

Argentina yığmasının baş məşqçisi Lionel Skaloninin müqavilə müddətii uzadılıb.

Mia.az xariici mətbuata istinadla xəbər verir ki, bu barədə ölkə Futbol Federasiyası açıqlama yayıb.

Bildirilib ki, komanda 2030-cu ilə qədər Skaloninin rəhbərliyi altında oyunlara çıxacaq: "2018-ci ildən bəri komandanın baş məşqçisi olan argentinalı məşqçi Skaloni ilə daha 4 illik yeni müqavilə imzalanıb".

Xatırladaq ki, Skaloninin rəhbərliyi altında Argentina 2022-ci il Dünya çempionu,ə 2021 və 2024-cü illərdə isə Amerika çempionu titullaırnı qazanıb.

Fərid ASLAN

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR