ÜST Rusiyaya xəbərdarlıq etdi - Koronavirusun peyvəndi ilə bağlı

img

04-08-2020 [19:25]


Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Rusiyanı COVID-19 peyvəndi ilə bağlı ehtiyatlı olmağa çağırıb.

BBC-nin verdiyi xəbərə görə, bu barədə ÜST-ün sözçüsü Kristian Lindmeyer bildirib.

ÜST rəsmisi deyib ki, Rusiya COVID-19 əleyhinə peyvənd istehsal edərkən beynəlxalq qaydalara əməl etməlidir.

"Bəzən tədqiqatçılar fərdi şəkildə nəsə tapdıqlarını iddia edirlər, hansı ki bu, özlüyündə böyük xəbərdir. Lakin peyvənd tapmaq və ya peyvəndin effektiv ola biləcəyinə dair hər hansı bir ip ucu tapmaq və bütün bu mərhələlərdən keçmək arasında böyük fərq var", - deyə ÜST sözçüsü qeyd edib.

Xatırladaq ki, ötən həftə Rusiya hökuməti payızda kütləvi peyvənd vurulmasına hazırlaşdığını bəyan edib.

Qeyd edək ki, Rusiya peyvəndi üç kliniki sınaq mərhələsinə keçmiş ÜST-ün təsdiqlədiyi altı peyvənd siyahısına daxil deyil/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR