"New York Times"dan iddia: "ABŞ Maliyyə naziri hərbi bazaya sığınıb"

\"New York Times\"dan iddia: \"ABŞ Maliyyə naziri hərbi bazaya sığınıb\"

DÜNYA

Bugün, 12:35

"ABŞ Maliyyə Naziri Skott Bessentin İrandan gələn təhdidlərdən narahat olaraq Vaşinqtondakı evindən hərbi bazaya sığınıb".

Mia.az xarici mətbuata istinadla bildirir ki, bu sensasiyalı məlumatı "New York Times" qəzeti yazıb.

Qəzet iddia edib ki, ABŞ rəsmiləri son həftələrdə Bessentə qarşı təhdidlərlə bağlı kəşfiyyat məlumatlarına əsasən,  belə bir köçməyə zəmin yaradıblar: "İranın hazırkı və keçmiş ABŞ rəsmilərinə qarşı sui-qəsdləri yeni bir mərhələyə qədəm qoyub. Bu səbəbdən Bessent bir müddətdir yaşadığı Vaşinqtondakı evini tərk edərək hərbi bazaya köçüb".

Məsələ ilə bağlı qəzetə danışan adı açıqlanmayan Ağ Ev rəsmilərindən biri iddianı təsdiqləyi. Lkain o, nazirə qarşı hansı və necə təhdid oldğunu açıqlamayıb: "Hər kəs bilsin ki, Bessent İran rejiminin təhdidlərindən qorxmayaraq İran iqtisadiyyatına blokada saxlanılması siyasətini sərt formada davam etdirəcək"

E.ARAZ

mia.az

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR