İstanbulda bələdiyyə sədr əvəzi CHP-dən istefa verdi

İstanbulda bələdiyyə sədr əvəzi CHP-dən istefa verdi

SİYASƏT

Bugün, 20:46

Kamal Kılıçdaroğlunun sədri olduğu CHP-dən daha bir istefa olub.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu gün istanbulun mərkəzi rayonu olan Beyoğlu Bələdiyyəsinin sədr müavini, eyni zamanda, sədr əvəzi Səfər Karaahmetoğlu Cümhuriyyət Xalq Partiyasının (CHP) üzvlüyündən istefa verdiyini açıqlayıb.

O bildiirb ki, isefası ilə Beyoğluna xidmət etmək və vətəndaşlarımızın gözləntilərini qarşılamaq olub: "Bir hüquqşünas olaraq, dövlət vəzifəsinin məsuliyyətinin fərqindəyəm. Bu məsuliyyət vətəndaşların hüquqlarını qorumaq, ictimai maraqları qorumaq və lazım olduqda müəyyən qərarlar qəbul etmək qabiliyyətini tələb edir.

Bu məqamda Cümhuriyyət Xalq Partiyası (CHP) daxilindəki fraksiyaçılığın, müzakirələrin və bölünmələrin yerli idarəetmə işinə mənfi təsir etdiyini görürəm. Enerjimizi işləmək və istehsal etmək əvəzinə daxili münaqişələrə sərf etməyimizə səbəb olan bu bölünmənin Beyoğluna xidmət itkisi kimi əks olunduğunu qəbul edə bilmirəm...".

F.SƏFƏRLİ

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR