"Ən mühüm məqam ondan ibarətdir ki, bu vəzifələr borclanmaya müraciət edilmədən..." - Mikayıl Cabbarov

\"Ən mühüm məqam ondan ibarətdir ki, bu vəzifələr borclanmaya müraciət edilmədən...\" - Mikayıl Cabbarov

İQTİSADİYYAT

Bugün, 12:03

"Azərbaycan böyük layihələri borclanmadan həyata keçirir".

Mia.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Milli Məclisin bu gün keçirilən plenar iclasında - "2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı bildirib.

Onun sözlərinə görə, qlobal ticarətdə parçalanma meyilləri güclənir, təchizat zəncirləri yenidən formalaşır, enerji və nəqliyyat marşrutlarının konfiqurasiyası dəyişir: "Beynəlxalq Valyuta Fondunun oktyabr qiymətləndirilməsinə görə, ortamüddətli dövrdə qlobal artım 3,2 % səviyyəsində qalacaq, pandemiyadan əvvəlki 3,7 %-lik templərə qayıdış isə gözlənilmir. Bu şəraitdə hər bir ölkənin inkişafı yeni artım mənbələrinin formalaşdırılmasından birbaşa asılıdır".

Nazir qeyd edib ki, Azərbaycanda bundan qabaqkı illərdə olunmuş iqtisadi nəticələr ölkənin qarşısında duran tarixi vəzifələrin həllinə yönəldilib: "Müdafiə qabiliyyətimiz gücləndirilib, işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri aparılıb, böyükmiqyaslı sosial paketlər reallaşdırılıb və əhalinin rifahı yüksəldilib. Ən mühüm məqam ondan ibarətdir ki, bu vəzifələr borclanmaya müraciət edilmədən ölkənin resursları hesabına həyata keçirilir. Bu il həcmli xərclərin icrası ilə yanaşı, 2026-cı ilin noyabrın 1-də strateji valyuta ehtiyatlarımız 2018-ci ilin sonu ilə müqayisədə 2 dəfə artaraq təxminən 89 milyard ABŞ dollarına çatıb"/Report.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR