"Avropalıların nə istədiyini anlamalıyıq" - Moskva Aİ-ni prosesdən kənarda saxlamaq istəyir, Estoniya və Kiyevə yeni mesajlar verir

\"Avropalıların nə istədiyini anlamalıyıq\" - Moskva Aİ-ni prosesdən kənarda saxlamaq istəyir, Estoniya və Kiyevə yeni mesajlar verir

GÜNDƏM

Bugün, 16:49

"Avropalıların nə istədiyini anlamalıyıq"

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri Kreml sözçüsü Dmitri Peskov Moskvada jurnalistlərlə ənənəvi görüşündə deyib.

O, Avropa İttifaqı Komissiyasının sədri Ursula fon der Leyenin "Avropa Ukrayna ilə bağlı danışıqlarda Avropa Beşliyi ölkələri formatında iştirak edəcək" açıqlaması barədə suala cavabda bildirib ki, hazırsda danışıqlar Rusiya, Ukrayna və ABŞ arasında üçtərəfli formatda aparılır: "Avropalıların da danışıqlar prosesinə daxil edilməsi ehtimalı qaldırılıb, lakin avropalıların nə istədiyini anlamalıyıq. Onların mövqeyinin sülh prosesinə nə dərəcədə töhfə verə biləcəyini görmək istəyirik. Hələlik isə biz bunu görmürük. Lakin gözləyəcəyik və görəcəyik. Ukraynalıların mövqeyini aydınlaşdırmaqla, bu mərhələdə danışıqlar prosesində iştiraklarının məqsədəuyğun olub-olmadığı barədə nəticəyə gəlmək mümkün ola bilər."

Ukrayna prezidenti Vladimir Zelenskinin "ABŞ Ukraynaya Donbasdan imtina etmək müqabilində NATO üzvlüyü təklif edib" açıqlamasına gəldikdə isə, Peskov bildirib ki, onlar Amerika tərəfi ilə apardıqları müzakirələrin təfərrüatlarını məxfi saxlamağa üstünlük verirlər.

Peskov NATO üzvü Estoniyanın Rusiya ilə bütün sərhəd keçidlərini 1 dekabr tarixindən etibarən bağlamaq qərarına da toxunub: "Onların Rusiyaya qarşı ittiham və qorxusu əsassızdır. İndi Estoniya Rusiya ilə sərhədə divar tikir. Bir çox ölkələr tarix boyu divar tikiblər. Bu, onları tikənlərə heç vaxt fayda verməyib".

Samir MUSAYEV

mia.az

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR