İCRA BAŞÇISI DEPUTATA "QIZIM SƏNƏ DEYİR, GƏLİNİM SƏN EŞİT" TAKTİKASIYLA CAVAB VERDİ - Gəncədə qrup maraqları, yoxsa... (VİDEO, FOTO)

İCRA BAŞÇISI DEPUTATA \"QIZIM SƏNƏ DEYİR, GƏLİNİM SƏN EŞİT\" TAKTİKASIYLA CAVAB VERDİ - Gəncədə qrup maraqları, yoxsa... (VİDEO, FOTO)

SİYASƏT

Bugün, 16:33

Bir neçə gün əvvəl deputat Naqif Həmzəyevin Gəncənin problemlərini Milli Məclisdə qabartması, ardınca "Hansı jurnalist bu barədə yazırsa, ya təqib olunur, ya da işdən çıxarılır" sözlərinin yaratdığı rezonasın davam etdiyi bir ərəfədə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov üzərinə yönələn ittihamları öz "arşınıyla" - daha dəqiqi, "qızım sənə deyir, gəlinim sən eşit" taktikasıyla "zərərsizləşdirməyə" çalışıb.

Mia.az xəbər verir ki, icra başçısı deputatın ittihamlarını öz aləmində yalan çıxarmaq üçün TV-lərin şəhərdə fəaliyyət göstərən əməkdaşları ilə tələm-tələsik Gəncə Biznes Mərkəzində bir araya gəlib.

Tədbirdə YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov və Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları da iştirak ediblər.

Çay süfrəsi ətrafında davam edən görüşdə şəhər rəhbəri media nümayəndələri ilə fikir mübadiləsi aparıb, onların təklif və müraciətlərini dinləyib.

 Şəhər rəhbərliyinn reklam müqaviləsi bağladıqları saytlarda yaydırdıqları xəbərə görə, icra başçısı o təbdirdə Gəncədə genişmiqyaslı abadlıq və quruculuq işlərindən, şəhərin infrastrukturun yenilənməsi istiqamətində mühüm layihələrdən söz açıb.

O sanki Naqif Həmzəeyvin ittihamlarına cavab verirmiş kimi, əlavə edib ki, bir sıra küçə və prospektlərdə, eləcə də məhəllələrdə əsaslı təmir-bərpa işləri görülür, yolların və digər kommunal infrastrukturun yaxşılaşdırılmasına xüsusi diqqət yetirilir: "Bununla yanaşı, şəhərin sosial-iqtisadi potensialının gücləndirilməsi, əhalinin həyat şəraitinin və rifahının yüksəldilməsi istiqamətində ardıcıl tədbirlər davam etdirilir".

Fotolardan da göründüyü kimi, axşam saatlarında baş tutan görüşün əsl amacının fərqli olması diqqətdən qaçmır.

Gəncəliləri isə daha çox bu sual düşündürür: icra başçısı ilə deputat arasında nəyin savaşı gedir? Doğrudan Gəncənin və yerli sakinlərin problemi, yoxsa, qrup maraqları?

Hər halda araşdırılmalı, aydınlıq gətirilməli suallardır, deyilmi?

Bu haqda ötən gün Mia.az-da maraqlı yazı hazırlamışdıq.

Maraqlananlar bu LİNKə daxil olaraq o yazı ilə də tanış ola bilər.

Mövzuya qayıdacağıq.

 F.ƏHMƏD

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR