"Bir pəncərə" informasiya sistemi haqqında Əsasnamə" təsdiqləndi

\"Bir pəncərə\" informasiya sistemi haqqında Əsasnamə\" təsdiqləndi

İQTİSADİYYAT

Bugün, 14:00

Prezident İlham Əliyev "Bir pəncərə" informasiya sistemi haqqında Əsasnamə"ni təsdiq edib.

Mia.az xəbər verir ki, bununla bağlı dövlət başçısı yeni fərman imzalayıb.

Fərmana əsasən, sistemin fəaliyyətinin təmin edilməsi məqsədilə müvafiq məlumatların ilkin mənbəyini formalaşdıran dövlət orqanları (qurumları) idxal-ixrac, tranzit, nəqliyyat və logistika sahələrində fəaliyyətin tam rəqəmsallaşdırılması istiqamətində tədbirlər görməlidirlər.

Bu məqsədlə dövlət qurumları Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təklifləri əsasında altı ay müddətində sahibi və ya operatoru olduqları dövlət informasiya ehtiyatlarını və sistemlərini təkmilləşdirməli, həmçinin onları Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə "Bir pəncərə" informasiya sisteminə inteqrasiya etməlidirlər.

Nazirlər Kabinetinə fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR