Azərbaycan BƏƏ-yə başsağlığı verib

Azərbaycan BƏƏ-yə başsağlığı verib

SİYASƏT

Bugün, 16:11

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Birləşmiş Ərəb Əmirliklərinin Füceyrə əmirliyində 14 nəfərin ölümü ilə nəticələnən qəza ilə bağlı bu ölkəyə başsağlığı verib.

Mia.az xəbər verir ki, başsağlığında deyilir:

"BƏƏ-nin Füceyrə əmirliyində baş vermiş, 14 nəfərin həyatına son qoyan və onlarla insanın xəsarət alması ilə nəticələnən ağır yol qəzası bizi dərindən kədərləndirib. Həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, xəsarət alanların hamısına tezliklə və tam sağalmalarını arzulayırıq. Bu ağır gündə Birləşmiş Ərəb Əmirlikləri ilə həmrəy olduğumuzu bildiririk".

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR