Deputat: "Rayonlar arasında ədalət prinsipi pozulub, qazlaşdırılmayan 900 kəndin 101-i təkcə Lerik rayonunun payına düşür"
CƏMİYYƏT
Bugün, 17:14
"Təmsil etdiyim Lerik rayonunda keçirdiyim qəbullarda vətəndaşlar tərəfindən mütəmadi qaldırılan iki məsələni hökumət üzvlərinin diqqətinə çatdırmaq istəyirəm".
Mia.az xəbər verir ki, bunu deputat Vasif Qafarov parlamentin bugünkü iclasında - "2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı bildirib.
Onun sözlərinə görə, birinci məsələ, kənd yollarının yenidən qurulması ilə bağlıdır:
"Lerik rayonunun kəndlərinin əksəriyyətində asfalt örtüklü yolların olmaması, xüsusilə payız-qış mövsümündə əhalinin gündəlik həyatında ciddi çətinliklər yaradır. Bu məsələ təkcə rahat gediş-gəliş problemi deyil. Yararsız yollar vətəndaşların təhsil və səhiyyə xidmətlərinə əlçatanlığını məhdudlaşdırır, fermerlərin məhsullarını vaxtında bazara çıxarmasına mane olur və rayonun zəngin turizm potensialından tam və səmərəli istifadə olunmasına imkan vermir.
Bu baxımdan, xüsusilə rayonun Noda-Əliabad-Gürdəsər-Nücü-Vamazğon, Piran-Veri, Piran-Bürsülüm, 40-cı km-Əliabad və Lerik-Mastayıl-Livədirqə-Laman avtomobil yollarının asfaltlanması son dərəcə vacibdir. Bu layihələrin həyata keçirilməsi qeyd olunan ərazilərdə turizmin inkişafına, yeni iqtisadi imkanların yaranmasına, dövlət büdcəsinə əlavə gəlirlərin daxil olmasına və həmin kəndlərdə yaşayan 40 min nəfərə yaxın vətəndaşın sosial-iqtisadi rifahının yüksəlməsinə mühüm töhfə verəcək.
Nəzərinizə çatdırım ki, sadaladığım yol layihələrinin layihə-smeta sənədləri hələ bir neçə il əvvəl hazırlanıb və investisiya proqramına daxil edilməsi üçün İqtisadiyyat Nazirliyinə təqdim olunub. Lakin təəssüf ki, bu layihələr hər il növbəti illərə təxirə salınır və indiyədək icra olunmamış qalır.
Hökumətə müraciət edərək xahiş edirəm ki, növbəti ilin dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu xərcləri bölüşdürülərkən Lerik rayonunun qeyd etdiyim mühüm yol layihələri də nəzərə alınsın, onların həyata keçirilməsi üçün müvafiq maliyyə vəsaiti ayrılsın və bu məsələ nəzarətdə saxlanılsın.
İkinci məsələ, qazlaşdırılmayan kəndlərin enerji təminatı və sosial müdafiəsi ilə bağlıdır. Sevindirici haldır ki, bu gün ölkəmizdə qazlaşdırma səviyyəsi 97 faizə çatıb. Bu, dövlətimizin həyata keçirdiyi sosial-iqtisadi siyasətin mühüm nailiyyətlərindən biridir. Lakin onu da nəzərinizə çatdırım ki, burada rayonlar arasında ədalət prinsipi pozulub, ölkə üzrə qazlaşdırılmayan 900 kəndin 101-i təkcə Lerik rayonunun payına düşür.
Baxmayaraq ki, Lerik və Astara kimi dağlıq sərhəd rayonlarında iqlim şəraiti kifayət qədər sərtdir, qış mövsümü uzun çəkir və əhali ilin 8-9 ayı istilik enerjisinə ehtiyac duyur. Belə bir şəraitdə təbii qazın olmaması əhalinin üzərinə ağır maliyyə yükü qoyur, eyni zamanda alternativ yanacaq kimi odun tədarükü nadir meşə fonduna mənfi təsir göstərir”.
Deputat bildirib ki, ölkənin bütün bölgələrində yaşayan vətəndaşlar üçün bərabər sosial imkanların yaradılması dövlətin əsas vəzifələrindən biridir: “Vətəndaşın yaşadığı ərazi onun sosial təminat imkanlarını məhdudlaşdırmamalıdır. Əlbəttə ki, əsas hədəfimiz ölkə üzrə qazlaşdırma səviyyəsini 100 faizə çatdırmaq olmalıdır. Lakin bu hədəfə nail olanadək, qazlaşdırılmayan kəndlərin əhalisi üçün alternativ güzəşt mexanizmlərinin tətbiqini vacib hesab edirəm. Bu məqsədlə təklif edirəm ki, həmin kəndlərdə yaşayan abonentlər üçün güzəştli elektrik enerjisi limitinin mövcud həddən 3 dəfə artırılması məsələsinə baxılsın.
Bu addım dağ kəndlərində yaşayan ailələrin enerji xərclərini azaldar, sosial təminat fərqini aradan qaldırar və dövlətimizin bütün vətəndaşlara bərabər qayğısının və ədalətli münasibətinin real göstəricisi olar.
Bir daha vurğulamaq istəyirəm ki, səsləndirdiyim hər iki məsələ Lerik sakinlərini narahat edən və uzun illərdir öz həllini gözləyən vacib məsələlərdir. İnanıram ki, təkliflərim nəzərə alınacaq və onların həlli üçün konkret addımlar atılacaqdır”.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
BAKLI MERİYASI YENİDƏN FORMALAŞDI: Zülfəli İsmayılov, Rəşad Ağayev, Elmin İmanov, Anar Tağıyev... - Onlar haqda hansı qərarlar verildi?
Bugün, 18:19 CƏMİYYƏT
-
Ceyhun Bayramov Böyük Britaniya XİN başçısı ilə telefonda danışdı - Nələr müzakirə edilib?
Bugün, 18:19 GÜNDƏM
-
Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib
Bugün, 17:56 İQTİSADİYYAT
-
Qonaq qarşılanması, hədiyyə alınması üçün açılan 651 min manatlıq kart, icarəyə verilən texnikalar... - “Azenco” ilə bağlı sensasion məhkəmə işi davam edir
Bugün, 17:55 KRİMİNAL
-
Ordunun intellektual bölmələrində yeni seçim meyarları müəyyənləşdi -SİYAHI
Bugün, 17:27 CƏMİYYƏT
-
Deputat: "Rayonlar arasında ədalət prinsipi pozulub, qazlaşdırılmayan 900 kəndin 101-i təkcə Lerik rayonunun payına düşür"
Bugün, 17:14 CƏMİYYƏT
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bugün, 17:00 İQTİSADİYYAT
-
"Avropalıların nə istədiyini anlamalıyıq" - Moskva Aİ-ni prosesdən kənarda saxlamaq istəyir, Estoniya və Kiyevə yeni mesajlar verir
Bugün, 16:49 GÜNDƏM
-
Kreml: "Biz Kiyevə "nəfəs məkanı" vermək niyyətində deyilik"
Bugün, 16:40 GÜNDƏM
-
Deputat media sahəsinə ayrılan vəsaitin azlığından şikayətlənib: “Milli düşüncəni təyin edən mediadır..."
Bugün, 16:32 PRESS
-
Bəzi ərazilərdə sabah güclü külək əsəcək - Xəbərdarlıq
Bugün, 16:26 CƏMİYYƏT
-
"Kişmiş" restroanı yanıb - VİDEO
Bugün, 16:12 CƏMİYYƏT
-
Deputat: “Rus dilinin xüsusi statusu nədir ki, bu xərcləri dövlət ödəyir?”
Bugün, 15:57 SİYASƏT
-
“Röyaya zəng etdim, telefonla danışmaq istədim, danışdığım yerdə telefonu bağladı"
Bugün, 15:36 ŞOU-BİZNES
-
Alik Əzizbəyov vəzifəyə təyin edilib
Bugün, 15:29 İQTİSADİYYAT
-
Deniz Seki: "Həyatımın ikinci pərdəsini açıram"
Bugün, 15:18 ŞOU-BİZNES
-
Eksternat təhsilalma forması: sənəd qəbulu başlayıb
Bugün, 15:07 CƏMİYYƏT
-
Tramp video paylaşdı, sətirlatı müharibə mesajı verdi: "Allah əsgərlərimizi qorusun"
Bugün, 14:59 GÜNDƏM
-
Norveç həyəcan təbili çalır: "Yumurta və toyuq qıtlığı yarana bilər"
Bugün, 14:37 İQTİSADİYYAT
-
Minimum əməkhaqqı 500 manat olacaq? - 100 manat civarında artım gözlənilir
Bugün, 14:18 İQTİSADİYYAT
-
AZAL-dan sərnişinlərə növbəti zərbə - QURU SƏRHƏDLƏRİN BAĞLI OLDUĞU ÖLKƏDƏ BİLETLƏR “UÇACAQ”
Bugün, 14:18 CƏMİYYƏT
-
Tahir Budaqovun oğlunun toyu olub
Bugün, 14:05 CƏMİYYƏT
-
"Bir pəncərə" informasiya sistemi haqqında Əsasnamə" təsdiqləndi
Bugün, 14:00 İQTİSADİYYAT
-
Gənclər və İdman Nazirliyinə bir milyon manat ayrılıb - SƏRƏNCAM
Bugün, 13:56 CƏMİYYƏT
-
Əmlak Məsələləri Dövlət Xidmətinə əlavə səlahiyyyət verildi - FƏRMAN + DETALLAR
Bugün, 13:29 GÜNDƏM
-
Hikmət Hacıyev NATO Baş katibinin xüsusi nümayəndəsi ilə nəyi müzakirə edib? - Açıqlama + FOTO
Bugün, 13:09 SİYASƏT
-
Xaos, ilahi nizam və on iki ulduz və ya Sadıq Qarayevin adsız hekayəsi... - Kəbutər Hakverdi yazır
Bugün, 13:05 PRESS
-
Dağlıq ərazilərdə qar yağacaq - Sabahın hava proqnozu
Bugün, 12:55 CƏMİYYƏT
-
İRANA MÜHARİBƏ HAZIRLIĞI, YOXSA... - ABŞ daha bir nəhəng döyüş gəmisini bölgəyə göndərdi: "Bu, artıq müharibə planıdır"
Bugün, 12:49 DÜNYA
-
Prezident İlham Əliyev daha bir qanuna əlavə təsdiqlədi - Dəyişiklik
Bugün, 12:44 GÜNDƏM
-
Prokurordan etiraz - General qızı haqda qərardan protest verdi
Bugün, 12:39 GÜNDƏM
-
İş adamı həbs edildi, Məşhur “Atlant” İstirahət Mərkəzi müsadirə edildi - VİDEO
Bugün, 12:32 KRİMİNAL
-
"Dövlət satınalmaları haqqında" qanunda dəyişiklik... - Prezident təsdiqlədi
Bugün, 12:24 GÜNDƏM
-
Prezident Dövlət Qulluğu Məcəlləsini təsdiqləyib -DETALLAR
Bugün, 12:15 GÜNDƏM