İRAA MÜHARİBƏ HAZIRLIĞI, YOXSA... - ABŞ daha bir nəhəng döyüş gəmisini bölgəyə göndərdi: "Bu, artıq müharibə planıdır"

İRAA MÜHARİBƏ HAZIRLIĞI, YOXSA... - ABŞ daha bir nəhəng döyüş gəmisini bölgəyə göndərdi: \"Bu, artıq müharibə planıdır\"

DÜNYA

Bugün, 12:49

ABŞ və İran arasında gərginliyin davam etdiyi bir anda Amerika müharibə zəngi hesab olunan addım atıb.

Mia.az xarici mətbuata istiandla xəbər veirr ki, Vaşinqton administrasiyası Hərbi Dəniz Qüvvələrinin "USS Theodore Roosevelt" nəhəng təyyarədaşıyan gəmisini də Yaxın Şərqdəki Amerika qüvvələrinə qatılmasına qərar verib.

Məlumata görə, bununa da bölgədəki təyyarə və digər müxtəlif təyinatlı hücum arseanlını özündə birləşdirən nəhəng döyüş gəmilərinin sayı üçə çatıb: "ABŞ-ın MOSAD şefinin Vaşinqtondakı təmaslarının getdiyi ərəfədə, üstəlik, Bəhreynə dron hücumlarından dərhal belə qərar verməsi diqqətdən qaçmayıb. Ekspertlər hesab edir ki, ABŞ İrana qarşı daha sərt və dağıdıcı müharibə variantını doğru yön almağa başlayıb"

ABŞ mediası yazır ki, "USS Theodore Roosevelt" döyüş gəmisi 15 noyabr tarixində artıq Mərkəzi Komandanlığının məsuliyyət zonasına daxil olub: "Bununla da bölgədə "USS George H.W. Bush" və "USS George Washington" təyyarədaşıyan gəmilərin gücünə əlavə güc verilib. Bu, artıq müharibə hazırlığıdır"

Yeri gəlmişkən, İran İnqilab Keşikçiləri Korpusu 15 noyabrda Bəhreyndəki Riffa Hava Bazasına altı dronla hücum edib.

"ABC News" yazır ki, bu hücumla eyni günə dəng gələn 3-cü döyüş gəmisinin dənizin Bəhreynə yaxın sahilində yerləşməsi təkcə bu ölkəni qorumaq məqsədi daşımır, bu, İrana daha bir səmtdən hücum planıdır.

Xatırladaq ki, Vaşinqton və Tehran arasında diplomatik danışıqların "dalana dirənib". Bu səbəbdən ABŞ Prezidenti Donald Tramp bu yaxınlarda vitse-prezidenti İranla sülh danışıqlarından geri çəkib. Tramp daha sonra əlavə edib ki, Vaşinqtonun artıq Tehranla razılığa ehtiyacı qalmayıb.

E.ARAZ

mia.az

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR