Deputat media sahəsinə ayrılan vəsaitin azlığından şikayətlənib: “Milli düşüncəni təyin edən mediadır..."

Deputat media sahəsinə ayrılan vəsaitin azlığından şikayətlənib: “Milli düşüncəni təyin edən mediadır...\"

PRESS

Bugün, 16:32

“Milli düşüncəni təyin edən mediadır, televiziyalardır, media yayımıdır. Bura ayrılan məbləğ 68 milyon 369 min manatdır. Mən ötən illə müqayisə etmək istəmirəm, çünki xeyli azalıb”.

Mia.az xəbər verir ki, bunu deputat Hikmət Məmmədov Milli Məclisin bu gün keçirilən plenar iclasında gələn ilin dövlət büdcəsi zərfinin müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, bir gün əvvəl Media Yayım Şurası Fransa mənşəli informasiya subyektinin Azərbaycana qarşı təxribatları ilə bağlı paylaşım edib: "Bunlar elə ideoloji təxribatlardır və ideoloji təhlükəsizlikdir. Belə olan halda, məsələn, 68 milyonun 53,5 milyonu televiziyalara, 14,5 milyonu media yayıma ayrılır. Gələcəkdə biz nələrdənsə alıb bura verə bilərik və yaxud müstəqil bir mənbə kimi bu sahələri daha da gücləndirə bilərik. Çünki bu, gələcəyin çağırışıdır”.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR