Bacılar arasında paxıllıq... - Semiramis Pekkan illər sonra Ajda Pekkan haqda elə şeylər dedi ki...

Bacılar arasında paxıllıq... - Semiramis Pekkan illər sonra Ajda Pekkan haqda elə şeylər dedi ki...

ŞOU-BİZNES

Bugün, 11:48

Türk musiqisinin unudulmaz simalarından Semiramis Pekkan illər sonra bacısı Ajda Pekkan haqqında maraqlı etiraflar edib.

Mia.az Türkiyə nətbuatna istinadla xəbər verir ki, o, keçmişdə bacısıyla aralarında gərginliyik pik həddə olduğunu təsdiqləyib.

Bildirib ki, bacısı Ajda onu özünə rəqib gördüyü üçün daim qısqanıb, paxıllığını çəkib: "Ajda musiqi dünyasına girdi və böyük uğurlar qazandı. Sonra yanıma gəlib dedilər ki, "Onun rəqibi ol". İlk aylıq işimdən əldə etdiyim gəlirlə Nişantaşıda mənzil aldım".

O əlavə edib ki, bundan sonra Ajda ilə arasında soyuqluq başlayıb: "Bu, mənim üçün çox vacib bir maddi  sıçrayış olsa da, Aja ilə müqayisə oluna bilməzdim.  Musiqidə Ajda ilə rəqabət aparmaq mümkündürmü? O vaxtlar onun rəqibi olacağımı belə düşünmürdüm. Təəssüf ki, o, bir qədər belə düşünürdü. Mən heç vaxt onun uğuruna kölgə salmağa çalışmadım. Amma o, bunu tam başa düşmədi. Anlamadığı üçün uşaq reaksiyaları göstərdi. Mən heç vaxt dalaşmağı və mübahisə etməyi sevmədim, münaqişədən qaçan biriyəm"

Ləman

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR