Tik-Tokda itirdiyimiz gələcək... Mətləb Salahov yazır...
YAZARLAR
Bugün, 18:01
Mətləb Salahov
***
Yadıma gəlir, uşaq vaxtı yol qəzasında, xətəlikdə erkən rəhmətə gedən cavanlar üçün deyirdilər ki, “əcəl aparan dağ boyda igidlər”.
Bu gün, 2026-cı ilin bu vaxtı isə artıq tam başqa deyim var: internetin, telefon manyaklığının qurbanı olan, xüsusilə yiyəsiz xarabaxanaya çevrilmiş tik-tokun igid oğlandan əziliz-büzülən üzdəniraqa, ar-namuslu məsum qız uşağından ləçər fahişəyə çevridiyi bədbəx nəsil...
Adını sadaladığım bu axırıncı texnologiyalar necə oğulları, necə ismətli qızları aldı əlimizdən. Cinsi azlıqların, ləçər fahişələrin reklamına dönmüş tik-tok yüz erməni işğalından qat-qat ağır zərbələr vurdu xalqımızın genefonuna. Günü bu gün də göbələk kimi artan əzilib-büzülən gədələr, özünü “tik toker” adlandırıb canlı yayımda min hoqqadan ləçərlər bu günkü gənclərimizi göz görə görə fəlakətə sürükləyirlər.
Hər yenilyi kor-koranə, blib-bilmədən həmin dəqiqə ciyərlərimizə çəkmək xəstəliyimiz min bəla açır başımıza.Dünyada ilk nə icad olunursa ilk bizim qapımızda peyda olur. Zayı çıxan Çin avtomobillərindən tutmuş insan sağlamlığına ölümcül ziyan olan mobil telefonlara, yöndəmsiz geyimlərə, qan qymətinə olan bahalı çantalara qədər. Amma bir erməni ilə bir gürcü bu işdə bizimki kimi deyillər. Onların qapısında zay Çin avtomobilləri əvəzinə illərin alman markaları dayanır. Çünki bu qonşularımız keçici zövqə deyil, dayanıqlı keyfiyyətə önəm verirlər bizdən fərqli olaraq...
Gələk sosial şəbəkə dərəbəyliyinə. Artıq iş o yerə çatıb ki, sosial şəbəkə manyaklığı gənclərimizi psixoz qatilə də çevirib. İşimiz həqiqətən çətindir. Son bir ildə məktəblərdə şagirdlərin öz sinif yoldaşlarını və müəllimləri hədəf alan cinayətkar hərəkətləri cəmiyyətdə şok effekti yaradıb. Lakin bu cür qatil düşüncəli uşaqları kim yetişdirir? – nəzarətsiz internet, sosial şəbəkələr! Bəli, bu mövzu demək olar ki, bu gün cəmiyyətin bir nömrəli əsas problemidir. İnternet resurslarının, xüsusilə sosial şəbəkələrin nəzarətsiz poliqon kimi cəmiyyəti başına götürdüyü bir zamanda uşaq və yeniyetmələrin zərərli informasiyalardan qorunması vacibdən vacib məsələdir. Nəzərə alsaq ki, əksər valideynlər də bu məsələyə lazımı şəkildə diqqət göstərmirlər, o zaman gələcəyimizlə bağlı vahimə daha da böyüyür. Çünki tik-tok və digər sosial şəbəkə seqmentlərində cinsi azlıqların, əxlaq pozğunu olan bir sıra “müğənnilərin” reklamı, habelə uşaqların psixologiyasına dəhşət zərbə vuran qorxulu oyunların nümayişi ölkə olaraq bizi dəhşətli fəlakətə sürükləyir.
Dağdakı çobana da məlumdur ki, nəzarətsiz internet məkanında ilk hədəf uşaq və yeniyetmələr seçilir. Bu iyrənc və təhlükəli siyasət uşaqların psixologiyasına, gələcəkdə şəxsiyyət kimi şikəst formalaşmasına zəmin yaradır. Əlbəttdə, uşaqları internetdəki zərərli informasiyalardan qorumaq ilk növbədə valideynlərin məsuliyyətidir: Lakin min dəfə təəsüflər olsun ki, bir sıra valideynlər uşaqlarını əyləndirmək, sakitləşdirmək, ya da özlərinə vaxt ayırmaq üçün körpələri internetin ağuşuna atırlar. Uşaqların yaşına uyğun olmayan təhlükəli informasiya və reklamlarla tanışlıq onların hərəkət və fizioloji durumuna da mənfi təsir edir.
Artıq iş o yerə çatıb ki, uşaqların internet aludəçiliyi psixoloji tramva halına çevrilib. Artıq bir neçə ildir ki, uşaq və yeniyetmələrin manyak şəkildə qatilə, zərərli manyaka çevrilməsi sürətli hal alıb. Düzdür, ölkəmizdə internetə giriş üçün yaş məhdudiyyətinin qoyulması barədə mühüm qanunvericilik təklifi hazırlanır. Bu, çox vacib və zəruri məsələdir. Çünki dövlət və cəmiyyət olaraq bu təhlükəyə qarşı birgə tədbirlər görməsək, uzağı dörd-beş il ərzində bizi çox təhlükəli situasiya gözləyir. Çünki bu gün tik-rokda itirdiyimiz gələcək nəsil gələcək Azərbaycan deməkdir, unutmayaq!
Mia.az
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Azercell-in gənc istedadlara dəstəyi beynəlxalq uğurlarla nəticələnir
Bugün, 18:13 CƏMİYYƏT
-
Tik-Tokda itirdiyimiz gələcək... Mətləb Salahov yazır...
Bugün, 18:01 YAZARLAR
-
Birinci xanım Mehriban Əliyeva "Altın-Balalık"da - FOTOLAR
Bugün, 17:58 GÜNDƏM
-
Əhalinin siyahıyaalınması... - Bu qurumlara səlahiyyət verildi (SİYAHI)
Bugün, 17:21 CƏMİYYƏT
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
Bugün, 17:00 İQTİSADİYYAT
-
l ixtisas qrupu üzrə keçid balları artacaq, II, III... - DİM sədrindən yeni açıqlamalar
Bugün, 16:03 GÜNDƏM
-
Azərbaycan və Mərkəzi Asiya ölkələrinin Dövlət Başçıları qeyri-rəsmi görüşdə - FOTOLAR (YENİLƏNİB)
Bugün, 15:58 GÜNDƏM
-
Azərbaycan və Qırğızıstan prezidentləri görüşdü, birgə bəyanat verildi - AÇIQLAMALAR + FOTOLAR (YENİLƏNİB)
Bugün, 15:15 GÜNDƏM
-
İnsan alverinə qarşı mübarizəyə dair Milli Fəaliyyət Planının icrası... - Sərəncam
Bugün, 14:54 GÜNDƏM
-
Gömrük Komitəsinin keçmiş sədrinin bacanağı hakim qarşısında... - DETALLAR (YENİLƏNİB)
Bugün, 14:50 GÜNDƏM
-
Azərbaycan neft geologiyasının müasir düşüncə məktəbini yaradan alim... - Professor Bağır Əli oğlu Bağırovun 90 illik yubileyinə sözardı...
Bugün, 14:19 CƏMİYYƏT
-
Dövlət Gömrük Komitəsi yeni avtomobillər alır
Bugün, 14:08 İQTİSADİYYAT
-
Belçika orduya əlavə qüvvə toplayır - "Xəstəlik siyahısı "yumşaldılır"
Bugün, 14:00 DÜNYA
-
"Sən, ey uşaqlıq" tammetrajlı bədii filmi: müsabiqə qalibləri müəyyənləşdi
Bugün, 13:46 MƏDƏNİYYƏT
-
Natiq Cəfərli: "Mərkəzi bank diplomatik dillə və ÜDM-lə bağlı narahatlığını ifadə edir" - "Bu, hökumətin işidir"
Bugün, 13:37 İQTİSADİYYAT
-
Nazir 96 yaşlı Xalq artistini evində ziyarət edib - FOTOLAR
Bugün, 13:36 MƏDƏNİYYƏT
-
“Nar”ın dəstəyi ilə inklüzivliyə dair real həyat hekayələri təqdim edilir - FOTOLAR
Bugün, 13:27 CƏMİYYƏT
-
İspaniyanın bir şəhəri mərakeşli miqrantların "işğalı"nda: ordu da qarşılarını kəsə bilmir - 24 saata 49 min sərhədi keçib!
Bugün, 13:19 DÜNYA
-
Azərbaycan və Qırğızıstan prezidentləri təltif olundu - FOTOLAR (YENİLƏNİB)
Bugün, 13:02 GÜNDƏM
-
KİYEVDƏ AMERİKANIN DRON ZAVODU VURULUB - ABŞ kəşfiyyatının keçmiş rəsmisi "Qarşıda belə hallar daha çox ola bilər" deyir
Bugün, 12:59 GÜNDƏM
-
ATƏT sədri Azərbaycana gəlir
Bugün, 12:46 SİYASƏT
-
Nuhi Abdinov nazir müavini təyin olunub
Bugün, 12:28 GÜNDƏM
-
"Bütün kanalların yutubunu “vurub” məhv edərəm" - Afət Fərmanqızı TV-lərə meydan oxudu, "kimsə mənə qadağa qoya bilməz" dedi
Bugün, 12:18 ŞOU-BİZNES
-
Rayonlara yağış yağacaq, Bakıda isə... - Sabahın hava proqnozu
Bugün, 12:11 CƏMİYYƏT
-
Müğənni estetik əməliyyatla tamam dəyişdi - FOTO
Bugün, 12:05 ŞOU-BİZNES
-
"Milan"ın əfsanəvi futbolçusu vəfat edib
Bugün, 11:58 İDMAN
-
Mərkəzi Bank sədrindən manatla bağlı - AÇIQLAMA
Bugün, 11:52 İQTİSADİYYAT
-
TƏBİB-də dəyişklik davam edir - Daha bir mətbuat katibi yola salındı
Bugün, 11:43 PRESS
-
Bazar günü dövlət qulluğuna qəbul imtahanı keçiriləcək
Bugün, 11:37 CƏMİYYƏT
-
Çolpon-Ata şəhərində İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə dövlət ziyafəti verilib
Bugün, 11:05 GÜNDƏM
-
Şamaxıda oğul atasını bıçaqladı
Bugün, 10:57 KRİMİNAL
-
Pakistanda qar uçqunu: on alpinist itkin düşüb
Bugün, 10:37 DÜNYA
-
"Bakı Metropoliteni” QSC-də yeni təyinatları olub - Rəis müavini isə vəzifədən çıxarıldı
Bugün, 10:23 CƏMİYYƏT
-
Mərkəzi Bank uçot faiz dərəcəsi ilə bağlı yeni qərar verdi
Bugün, 10:09 İQTİSADİYYAT