Avropanın kiçik ölkəsi Rusiya ilə kəllə-kəlləyə gəlir, quru yol bağlanır: "Moskva bir bədəlin olacağını bilməli idi" - Zaxarovadan operativ reaksiya
GÜNDƏM
Bugün, 12:10
Əhali və ərazi baxımından Avropanın ən kiçik ölkələrindən biri olan Estoniya ilə Rusiya arasında gərginlik yüksəlib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, rəsmi Tallin bu günlərdə gərginliyi artıracaq bir qərara hazırlaşır.
Məlumata görə, ölkənin ən vacib müdafiə sənayesi şirkətinə qarşı təxribat cəhdinin arxasında rəsmi Moskvanın dayandığını iddia edən Tallin administrasiyası Rusiya ilə üç quru sərhəd keçid məntəqəsini də bağlayacağını açıqlayıb.
Bildirilib ki, 1 dekabrdan etibarən Narva, Luhamaa və Koiduladakı Rusiya ilə quru sərhəd keçid məntəqələri gediş-gəlişə qapadılacaq: "Estoniya hakimiyyəti iddia edir ki, 14 noyabrda dron istehsalı ilə ixtisaslaşmış "Threod Systems" müdafiə şirkətinə qarşı sabotaj cəhdi Rusiyanın hərbi kəşfiyyat xidməti olan GRU tərəfindən idarə olunub. Sabotaj cəhdi ilə əlaqəsi olduğu iddia edilən səkkiz Latviya vətəndaşı saxlanılıb, istintaq başlayıb. Estoniya Daxili Təhlükəsizlik Xidməti KAPO-nun məlumatına görə, şübhəlilər şirkətin obyektinə daxil olmağı, partlayış törətməyi və binanı yandırmağı hədəfləyiblər. Təhlükəsizlik işçilərinin müdaxiləsi və hüquq-mühafizə orqanlarının çevik hərəkəti sayəsində genişmiqyaslı ziyanın qarşısı alınıb".
Xəbərdə o da deyilir ki, NATO və Avropa İttifaqı üzvü olan Estoniya Rusiyadan təhlükəsizliyinə ciddi təhdid gözlədiyini bəyan edib.
Estoniyanın xarici işlər naziri Marqus Tsaxna bidirib ki, bu səbəbdən Rusiya ilə quru sərhədi bağlanacaq: "Keçidlər yalnız ticarətlə məşğul olan yük maşınları və piyadalara açıq olacaq. Digər istənilən növ maşınların keçişinə icazə verilməyəcək. Rusiyanın bizə qarşı təxribatının bir bədəli olacaq".
Moskva administrasiyası Estoniyanın ittihamlarına operativ reaksiya verib.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, əgər sərhəd həqiqətən bağlansa, bu, “Rusofobiya"nın başqa bir nümunəsi olardı...
Samir MUSAYEV
MİA.AZ
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
"Dövlət satınalmaları haqqında" qanunda dəyişiklik... - Prezident təsdiqlədi
Bugün, 12:24 GÜNDƏM
-
Prezident Dövlət Qulluğu Məcəlləsini təsdiqləyib -DETALLAR
Bugün, 12:15 GÜNDƏM
-
Avropanın kiçik ölkəsi Rusiya ilə kəllə-kəlləyə gəlir, quru yol bağlanır: "Moskva bir bədəlin olacağını bilməli idi" - Zaxarovadan operativ reaksiya
Bugün, 12:10 GÜNDƏM
-
"Ən mühüm məqam ondan ibarətdir ki, bu vəzifələr borclanmaya müraciət edilmədən..." - Mikayıl Cabbarov
Bugün, 12:03 İQTİSADİYYAT
-
Bacılar arasında paxıllıq... - Semiramis Pekkan illər sonra Ajda Pekkan haqda elə şeylər dedi ki...
Bugün, 11:48 ŞOU-BİZNES
-
Azər Əmiraslanov: "Neftin yüksək qiymətləri büdcə xərclərini artırmaq üçün yetərli deyil"
Bugün, 11:36 İQTİSADİYYAT
-
QHT-lərlə bağlı qanun dəyişir - Qeydiyyat necə aparılacaq?
Bugün, 11:33 SİYASƏT
-
Sahibə Qafarovadan büdcə barədə - AÇIQLAMA
Bugün, 11:27 İQTİSADİYYAT
-
“Aqrarkredit”də təyinat - Müşahidə Şurasının tərkibi dəyişdi
Bugün, 11:08 İQTİSADİYYAT
-
Milli Məclisdə büdcə zərfinin müzakirəsi gedir
Bugün, 11:02 İQTİSADİYYAT
-
Xalq artisti Zeynəb Xanlarova uzun müddətdən sonra səhnədə - VİDEO
Bugün, 10:56 MƏDƏNİYYƏT
-
4-1 hesablı məğlubiyyətdən sonra Baş məşqçi Ronaldo haqda suala belə cavab verdi: "Kriştianoya ehtiyac duymaq?"
Bugün, 10:41 İDMAN
-
Otel, hava limanı... - Husilər Səudiyyə Ərəbistanını paytaxtına zərbələr endirdi
Bugün, 10:26 DÜNYA
-
Azərbaycanda daha bir vəkil həbs edilib
Bugün, 10:24 KRİMİNAL
-
AZAL Bakı-İstanbul marşrutu üzrə açıqlama yaydı - Bu hava limanına daha uçuş olmayacaq
Bugün, 10:08 GÜNDƏM
-
Altıağac, Xınalıq, Qrız, Quba, Qusar, Şahdağ, Kəlbəcər, Laçın və Qubadlıya qar yağır
Bugün, 10:03 GÜNDƏM
-
Bakıda güclü külək 32 ağacı aşırıb - FOTOLAR
Bugün, 09:49 CƏMİYYƏT
-
Millətlər Liqası: Türkiyə yenə uduzdu, bəs o biri komandalar?
Bugün, 09:41 İDMAN
-
Məşhur aktyor kirvəsinin oğlunun nigah mərasimində mahnı oxudu, gəlinə bahalı qızıl seti bağışladı
Bugün, 09:20 ŞOU-BİZNES
-
"Makler bazarı"nda görünən və görünməyən həqiqətlər... - MÜSAHİBƏ
Bugün, 09:15 CƏMİYYƏT
-
"Beşiktaş"ın keçmiş kapitanı restoran açdı - Qiymətlər "dodaq uçurdur"
Bugün, 09:10 İDMAN
-
İranla sərhəddə şok hadisə - Sərhədimizi "paratrike" uçuş aparatı ilə keçən iranlı saxlanıldı + Əməliyyat VİDEOSU
Bugün, 09:09 GÜNDƏM
-
Türkiyənin bir bölgəsində dabaq xəstəliyi yayılıb - 37 məhəllədə karantinə alınıb
Bugün, 08:53 İQTİSADİYYAT
-
Baş nazir qruplaşmaya bir həftə vaxt verdi: "Əgər əməl etməsələr..."
Bugün, 00:44 DÜNYA
-
"Şaban"ın "Yoksul" filmindəki "Leyla"sı: "Biz hələ ölmədik" - FOTO
Bugün, 00:22 MƏDƏNİYYƏT
-
Volkan Dəmirəl yeni komandanın başında - 1,5 illik müqavilə bağlandı
Bugün, 00:11 İDMAN
-
Qəzzada gərginlik artır - 4 fələstinli öldürülüb
Bugün, 00:07 DÜNYA
-
1000-dən çox inək şəhərə girdi, böyük zərər var - Bələdyyə sədri hökumətdən yardım istəyir
Bugün, 00:06 DÜNYA
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bugün, 00:02 CƏMİYYƏT
-
İlham Əliyevin sosial şəbəkə hesablarına kiberhücum var - Prezidentin Mətbuat Xidməti məlumat yayıb
15.11.2026, 23:14 SİYASƏT
-
Pərvanə Bayramqızının şeirlər kitabı çap olundu - Qulu Ağsəsin redaktorluğu ilə + FOTO
15.11.2026, 21:21 PRESS
-
Hörmüz boğazında daha iki gəmi minaya düşüb - Biri batıb
15.11.2026, 19:55 DÜNYA
-
Prezident İlham Əliyev televiziya və radio işçilərini təbrik edib
15.11.2026, 19:40 GÜNDƏM
-
Naxçıvanda qadınları yasa aparan avtobus aşdı - 11 nəfər xəsarət aldı (SİYAHI)
15.11.2026, 18:00 KRİMİNAL