İstanbulda daha bir bələdiyyə sədri saxlanılıb

İstanbulda daha bir bələdiyyə sədri saxlanılıb

SİYASƏT

Bugün, 09:36

İstanbulda daha bir bələdiyyə sədri saxlanılıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Üsküdar Bələdiyyəsinə qarşı açılmış korrupsiya, rüşvət, tender saxtakarlığı ittihamı əsasında bu gün sübh çağı bələdiyyə sədri Sinem Dedetaş da daxil olmaqla 6 nəfər qandallanıb.

İstanbul Anadolu Baş Prokurorluğundan bildiriliib ki,  bələdiyyənin törəmə müəssisəsi "Kent A.Ş." vasitəsilə podratçılarla 1 milyard türk lirəsindən çox məbləğdə konsaltinq müqavilələri imzalanıb, lisenziyalaşdırma prosesləri "şifrələnmiş rabitə" şəbəkəsi vasitəsilə idarə olunub və bəzi böyük layihələr üçün rüşvət dollarla nağd şəkildə toplanıb: "Bundan başqa, tikinti icazəsi və istifadə proseslərindəki qanun pozuntuları ilə şübhəli iddilar var.

F.SƏFƏRLİ

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR